Dərc edilib: 18-12-2015

https://www.nuh.az/6956-.html

Rabitə Nazirliyində kadr dəyişikliyi davam edir - Akif Əsgərovu kim əvəzləyir?

18.12.2015 18:11:59

Cəmiyyət

Rabitə Nazirliyində ciddi yoxlamalar aparılır. Ötən gün nazir əvəzi Ramin Quluzadənin yoxlamalara qəfil olaraq qatılması ciddi rezonans yaratdı. Artıq nəyin baş verəcəyi ortadadır. NUH.Az-a daxil olan məlumata görə, nazirlikdə ciddi yoxlamalar davam edir və məqsəd vəzifədən uzaqlaşdırmaqla yanaşı bu günə kimi kimin hansı işlə məşgul olmasını araşdırmaqdır.

 

Bəli, araşdırma belə olmalıdır və nazir əvəzinin bu addımı dəstəklənməlidir. Ehtimal ki, həbslər davam edəcək.  İlk hədəf Azərbaycanın ikini şəhəri sayılan  Sumqayıtdır.

Mənbə  bildirir ki, Sumqayıt Telekomnukasiya Qovşağında ciddi yoxlamalar davam edir.   

 

Sumqayıt Telekomnukasiya Qovşağının rəisi Akif Əsgərov günahlarını əla bilir və bu səbəbdən də işdən çıxmağa hazırdır. Mənbə bildirir ki, özünə "xəstəlik" tapan A.Əsgərov bu yolla canını qurtarmaq istəyir.  

 

Amma araşdırmalar göstərib ki, o da Eldar Mahmudov-Akif Çovdarov qruplaşmasının sıralarında yer alırmış. Məhz bu fakt onun işini bir qədər də çətinləşdirib.

 

NUH.AZ-a bildirilib ki, araşdırmalar zamanı ciddi yeyinti faktları ortaya çıxıb. Hətta bəlli olub ki, Eldar Mahmudov komandası da Sumqayıtdakı biznesmenlərin izlənməsi və dinlənməsi işində Akif Əsgərovun böyük əməyi olub.

 

Akif Çovdarovla Akif Əsgərovu hansı biznes əlaqələri birləşdirir?

 

Akif Əsgərovun Sumqayıtdakı biznes şəbəkəsi kimə dövr olunub?

 

Bakıdakı biznesin və evlərin aqibəti nə olacaq?

 

Akif Əsgərovu hələlik həbsdən kim xilas edib? 

 

Bu və diğər faktlar barədə yaxın günlərdə...

 

Bizi izləyin...

 

NUH.AZ

NUH informasiya agentliyi səhifəsindən çap edilib