Dərc edilib: 22-12-2015

https://www.nuh.az/6962-.html

Azərbaycanda benzinin qiymətində dəyişiklik gözlənilirmi? – AÇIQLAMA

22.12.2015 12:39:58

Siyasət

“SOCAR Petroleum” şirkəti əvvəlki qaydada işləyir və benzinin qiymətlərində heç bir dəyişiklik yoxdur. Fins.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında şirkətin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

 

Onun sözlərinə görə, ölkədə qiymət məsələsini tənzimləyən Tarif (qiymət) Şurası hansı qərarı versə, şirkət də ona uyğun addım atacaq: “Dollar və avronun bahalaşmasından sonra benzinin qiymətlərinə baxılması üçün şirkətdə heç bir iclas və ya toplantı keçirilməyib. Köhnə qiymətlərlə satışı davam etdiririk”.

 

Benzinin qiymətinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala “Azpetrol”dan da eyni cavab verilib. Şirkətin mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu bildirib ki, benzin və digər məhsulların satışı əvvəlki qiymətlərlə aparılır: “Qiymətlərə yenidən baxılması məqsədilə hər hansı iclas keçirilməyib”. Qeyd edək ki, dekabrın 21-dən Azərbaycanda dollar və avro təqribən 50 faiz bahalaşıb.

 

NUH.AZ

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib