Dərc edilib: 24-12-2015

https://www.nuh.az/6987-.html

Azərbaycan ikinci Qara Kəmərə hamilədir...

24.12.2015 17:05:19

Cəmiyyət

 

 

MTN olayları cəmiyyətə faş olanadək ölkənin bir nömrəli qanqsteri Hacı Məmmədov hesab olunurdu.

Amma vaxtilə məhkəmə proseslərinin birində etiraf etdiyi kimi bəlli oldu ki, o gerçəkdən də osminoqun bir quyruğu imiş.

Amma o vaxt bu quyruğun "həmkarlar"ının kimliyi sualına cavab axtarmaq deyəsən heç kimin yadına düşmürdü...

Beləliklə, on ildən çoxdur ki, Hacı Məmmədov həbs edilib. Azərbaycanda bir adamın, bir dəstənin törətdiyi cinayətlər tarixini araşdırsaq Hacı Məmmədovun fərqliliyi hiss olunacaq.

Törətdiyi hadisələrin miqyası, özünün intellekt potensialı, rəssamlığı, anında qərar verib onu həyata keçirməsi, bir sözlə, fenomen qatil obrazı yaradır.

Amma məqsədimiz Hacını Al Kapone ilə müqyisə etmək deyil. Hacı bu gün özündə ən çox sirr gəzdirən canlı seyfdir. Onu fenomen edən məhz onun sirr dağarcığı olmasıdır.

Bu seyfi 7 möhür altında saxlayan Eldar Mahmudovdan sonra ölkə ictimaiyyətinə çox  mətləblər agah olsa da Hacı məsələsində sirr davam edir, amma artıq gələn siqnallar onu deməyə əsas verir ki, o tam olmasa da çözülməyə hazırdır...30 noyabrda Hacı Məmmədov prezidentə müraciət ünvanlayıb və ilk dediyi söz də bu olub: Zakir Nəsirov günahsızdır". Hər şey Zamirə Hacıyevanın oğurlanmasından başladı. Niyə Zamirə Hacıyeva? Həyat yoldaşı Beynəlxalq Bankın sədri Cahangir Hacıyevdən pul tələb etməkmi? Bəli. Bu pullar çeçenlərin idi. Çeçenlər pulu Moskvadan Beynəlxalq Banka keçirmişdilər ki, Bakıda götürsünlər. Buna C. Hacıyevdən ilkin razılıq da alınmışdı. Son anda Cahangir pulu verməkdən imtina edir, qanunla danışmaq istəyir. Hacı və çeçen dostları qərar verirlər - Zamirə oğurlanmalı və həmin pullar geri alınmalıdır. 2005 - ci il fevralın 10 - da Z. Hacıyeva oğurlanır. Əməliyyat-axtarış tədbirləri başlanır.Türkiyədən iki quruma aid 6 nəfər xəfiyyə gəlir. Əməliyyat əsasən DİN-də planlaşdırılır. Əməliyyatı deyilənə görə Məhərrəm Əliyev hazırlayır. Artıq Hacı Məmmədov hədəfdədi. Son anda türk xəfiyyələr əməliyyatın polis tərəfindən keçirilməsinin qəti əleyhinə çıxır və dövlət başçısına bildirirlər ki, əməliyyatı polis keçirsə Hacı Məmmədov öldürülə bilər. Bu isə çox cinayətləri ört - basdır edəcək. Əməliyyatı həyata keçirməyin  başqa quruma tapşırılması məqsədəuyğun hesab olunur. Hazır əməliyyat MTN - ə həvalə edilir. Bu ana qədər texniki tərəfdən kömək edən MTN əməliyyata başlayır və ..,arxası məlumdur...Hacı və dəstəsi tutulur. DİN Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov Eldar Mahmudov üçün əsl qisasalma vasitəsinə çevrilir. DİN-də iki dəfə sərəncama götürülən E.Mahmudov DİN  rəhbərliyindən qisas alır. Hacının ilk sökülməsi də Zakir Nəsirovdan başlayır. Hacı Zamirə Hacıyevanı oğurlanmasının təşkilatçısının Zakir Nəsirov olduğunu deyir. General Z. Nəsirov həbs olunur. Hadisədən sonra R. Usubovun işdən azad olunacağını gözləyən Eldar Mahmudov həyatının ən böyük arzusunun reallaşacığının bir addımlığında olduğunu zənn edir. Belə olmadığını görən E. Mahmudov Hacını məhkəmədən əvvəl də, sonra da  MTN təcridxanasında girov saxlayır, qisas məqsədilə yararlanır. Rəhbərliyi də inandırır ki, Hacının "kalon"a köçürülməsi təhlükəlidir. O H. Məmədovun "ötməsindən" ehtiyat edirdi. İndi isə Hacı Məmmədov ilk müraciətindəcə Zakir Nəsirov barəsində, onun günahsız olması haqqında danışır. Təkcə Zakir Nəsirovunmu? Hacı çox sirrlər saxlayır özündə. Sona qədər açılacaqmı? Bizə elə gəlir ki, yox ! Çünki onun hədəflərinin bəziləri hələ də yüksək postdadırlar...Mövzunu davam etdirəcəyik, maraqlı faktlarımız var...moderator.az 

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib