Dərc edilib: 26-12-2015

https://www.nuh.az/6997-.html

Eldar Mahmudovun karyerasında Tahir Salahovun rolu

26.12.2015 12:22:44

Siyasət

Məlumdur ki,  istənilən hakimiyyət üçün ən  zəif və həssas məsələ kadr məsələsidir. Bu bütün ölkələrdə belədir.  Ölkənin birinci şəxsinin öz siyasi komandasını formalaşdırması çox mürəkkəb və çətin prosesdir. Aydındır ki, birinci şəxsin bütün komanda üzvlərini şəxsən tanıması və onlara yaxından bələd olması hətta fiziki cəhətdən mümkün deyil.

 

Ona görə də ölkə başçısı öz komandasını formalaşdırarkən inandığı şəxslərin məsləhətlərinə qulaq asmalı olur. Azərbaycan kimi  gənc, dövlətçilik təcrübəsi az olan ölkələr  tez-tez kadr problemi ilə üzləşir. Hətta kifayət qədər yüksək siyasi və idarəetmə təcrübəsi olan  Heydər Əliyevin də bəzi komanda üzvlərinin yolu  həbsxanadan keçdi.

 

Son illərdə  neçə-neçə  azərbaycanlı nazir, yüksəkçinli dövlət məmuru, generallar  həbsxana həyatı yaşamalı oldu. Son  vaxtlar  “MTN işi” ilə bağlı cəmiyyətimiz şok yaşadı. Ölkənin təhlükəsizliyi etibar edilmiş nazir və onun müavini olan generallar  vətəndaşlarla  bandabaşçısı kimi davranırmış.

Bu bir dövlət  üçün əsl  rüsvayçılıqdır.

 

İstər-istəməz  ortaya sual çıxır: ölkənin milli təhlükəsizliyi etibar edilmiş  Eldar Mahmudov kimi təsadüfi bir adam  çox mühim dövlət vəzifəsinə necə yüksəlib? NUH İnformasiya Agentliyinə ( NUH.az ) daxil olan məlumata görə, Eldar Mahmudovun  siyasi karyerasında  SSRİ Xalq Rəssamı  Tahir Salahovun mühüm rolu olub. Azərbaycanın görkəmli rəssamı Tahir  Salahovla sabiq MTN şefi  ailəvi yaxın olublar. Əlbəttə bizim kimisə ittiham etmək fikrimiz yoxdur. Əsas  ittiham obyekti  etimadı doğrultmayan şəxsdir.  

Yazıda  adı keçən şəxslərin fikrini dərc etməyə hazırıq. 

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib