Dərc edilib: 26-12-2015

https://www.nuh.az/6998-.html

Maşallah Əhmədovdan sonra İsgəndər Cavadovun həbsi gözlənilir

26.12.2015 13:09:16

Cəmiyyət

 

 

Bir müddət əvvəl  dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə

xaricdən  tikinti materialı gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Məlumat üçün qeyd edək ki, M.Əhmədov  İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının

( ARFFA) vitse-prezidenti idi.

Bu gün NUH  İnformasiya Agentliyinə ( NUH.az) daxil olan məlumata görə, yaxın günlərdə  ARFFA-nın prezidenti İsgəndər Cavadovun da

həbs olunacağı gözlənilir.

Mötəbər mənbənin bildirdiyinə görə, İsgəndər  Cavadov   “MTN generalları”  ilə əməkdaşlıq edərək tikinti biznesi ilə məşğul olan sahibkarlara külli miqdarda ziyan vurub.

Ümumiyyətlə, NUH-a daxil olan məlumata görə, tikinti ilə məşğul olan iş adamlarına qarşı  “razborka”lar da idmançılar da yaxından iştirak edib.

Qarşı tərəfin də mövqeyni dərc etməyə hazırıq.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib