Dərc edilib: 28-12-2015

https://www.nuh.az/7009-.html

Yardımlının icra başçısı istefa əzirəsi yazmaq istəyir?

28.12.2015 18:10:58

Siyasət

“MTN işi”nin istintaqında adının şəkiləcəyindən bərk narahat olan Yardımlının  icra hakimiyyəti başçısı Sevindik Hətəmovla bağlı Bizimxeber.az-a ilginc məlumat daxil olub. Məlumata görə, “MTN işi” ilə bağlı istintaqa çağırılacaq şəxslər sırasında olacağını duyan icra başçısı səhhətində problemlər olduğu barədə xəbərləri dövriyyəyə buraxıb. İcra başçısının yaxın ətrafı tərəfindən dövriyyəyə buraxılan bu xəbərlərə görə, Sevindik Hətəmov guya xəstədir və təcili müalicəyə ehtiyacı var.Ziya Məmmədovdan üz çevirərək Eldar Mahmudovla yaxınlaşmaq cəhdinin ardınca ikincinini vəzifədən götürülməsi icra başçsını hədsiz çətin duruma salıb.Artıq Ziya Məmmədov da Sevindik Hətəmovun “qayıdışını” qəbul etməyərək ondan birdəfəlik imtina etdiyini icra başçısına çatdırıb. Beləcə yuxarı dairələrdəki dayaqlarını itirən Sevindik Hətəmovun ölkəni tərk etməkdən başqa çıxış yolu qalmayıb.Ancaq məlumdur ki, istintaqa çağırılması gözlənilən şəxslərin ölkəni tərk etməsinə icazə verilmir. Xüsusilə də adı “ MTN işi”ndə hallandırılan yüksək vəzifəlilərin Azəraycandan çıxması onların bir daha geri qayıtmaması deməkdir. Buna görə də Sevindik Hətəmov ona qoyulan qeyri-rəsmi qadağanı səhhətində ciddi problemlərin olması barədə xəbərlərlə aradan qaldırmaq istəyir. Xarici ölkələrdə “müalicəyə” getmək üçün icazə almağa çalışan icra başçısı bu işdə ona yardım edəcək “dəstək” axtarışına çıxıb. Ancaq indiki halda heç kəsin “MTN işi”ndə adı hallanan məmurlara, iş adamlarına sahib çıxmaması real görünmür…Qeyd edək ki, bu gün “MTN işi” üzrə 30-dan çox həbsə alınan və 100-dən artıq istintaqa cəlb olunan şəxsin olması haqda məlumat var. Gələn il həbsə alınanların sayının artacağı da gözlənilir. Həbsə alınanlara Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci və maddələri ilə ittiham irəli sürülüb. Araşdırmalarımız davam edir.

 

 

Bizimxeber.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib