Dərc edilib: 30-12-2015

https://www.nuh.az/7014-.html

Bitkilər zərərli orqanizmlərdən mühafizə edilir

30.12.2015 15:18:47

İqtisadiyyat

Fitosanitar nəzarətin yeni siması formalaşdırılır.

Artıq kənd təsərrüfatı naziri Heydər Həsədov  tərəfindən elmi əsaslandırılmış aqrar siyasət həyata keçirilir.

Kənd Təsərrüfatı nazirliyindən Day.Az-a verilən xəbərə görə, kənd təsərrüfatında elmi əsaslandırılmış aqrar siyasətin əsas komponentlərindən biri bitkilərin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçiddən, mübarizə tədbirlərinin strategiya və taktikasına biosenoloji prinsipinin əlavə edilməsindən və ətraf mühitdə bioloji tarazlığın bərpa edilməsindən ibarətdir. Bu prinsipə görə kimyəvi preparatlar o vaxt tətbiq olunmalıdır ki,onlar bitkinin mühafizəsində daha çox vacibdir və iqtisadi, ekoloji, sosial baxımdan məqsədə uyğundur. "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 2 avqust tarixli 441 nömrəli Fərmanından,"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamından, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamından, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Fərmanından irəli gələn məsələlərin həyata keçirilməsini təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin üzərinə böyük vəzifələr düşür." Azərbaycan 2020 : gələcəyə baxış " inkişaf konsepsiyasında yüksək rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması üçün səmərəli dövlət tənzimlənməsi əsas şərtlərdən biri kimi müəyyən olunmuşdur. Bu baxımdan, aqrar islahatların müasir mərhələsində kənd təsərrüfatı üzrə dövlət tənzimlənməsi sistemin təkminləşdirilməsi ilə bağlı kompleks tətbirlər nəzərdə tutulmuşdur . Dövlət başçısı tərəfindən imzalanan " Aqrar sahədə idarəetmənin təkminləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tətbirlər haqqında "16 aprel 2014- cü il tarixli fərman bu sahədə bir sıra tarixi əhəmiyyətli qərarların verilməsi baxımından mühüm əhəmiyyətə malikdir .Kənd tə­­­sər­­­rü­­­fa­­­tı­­­nın ar­­­dı­­­cıl ola­­­raq in­­­ki­­­şaf et­­­di­­­ril­­­məsi, bü­­­tün sa­­­hə­­­lər­­­də məh­­­sul­­­dar­­­lı­­­ğın yük­­­səl­­­dil­­­məsi, is­­­teh­­­sal olu­­­nan məh­­­su­­­lun key­­­fiy­­­yə­­­ti­­­nin yax­­­şı­­­laş­­­dı­­­rıl­­­ması və əha­­­li­­­nin ər­­­zaq məh­­­sul­­­la­­­rına ar­­­tan tə­­­lə­­­ba­­­tı­­­nın ödə­­­nil­­­məsi kənd tə­­­sər­­­rü­­­fatı istehsalçıları qar­­şı­­sın­­da du­­ran ən mü­­hüm və­­zi­­fə­­lər­­dir.Məh­­sul­­dar­­lı­­ğın ar­­tı­­rıl­­ması zə­­rər­­li or­­qa­­nizm­­lərə qar­­şı komp­­leks təd­­bir­­lə­­rin apa­­rıl­­ma­­sın­­dan çox ası­­lı­­dır.  Kənd tə­­sər­­rü­­fatı bit­­ki­­lə­­ri­­nin   xəs­­tə­­lik və zə­­rər­­ve­­ri­­ci­­lər­­dən, alaq ot­­la­­rın­­dan qo­­run­­ması üçün aq­­ro­­tex­­niki, fi­­ziki- me­­xa­­niki, bio­­loji, kim­­yəvi və  ka­­ran­­tin təd­­bir­­lə­­ri­­nin ar­­dı­­cıl, məq­­səd­­yön­­lü apa­­rıl­­ması va­­cib­­dir. Düz­­gün təş­­kil edil­­miş mü­­ba­­rizə sis­­temi zə­­rər­­ve­­rici və xəs­­tə­­lik­­lə­­rin, alaq ot­­la­­rı­­nın küt­­ləvi su­­rət­­də ço­­xa­­lıb art­­ma­­sı­­nın və məhsul itkisinin qar­­şı­­sını alır.Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən  2015-ci ildə bir sıra həlli vacib olan tədbirlər həyata keçirilmişdir.Ölkə ərazisində fitosanitar sabitliyin qorunması, bitki mühafizəsi və karantini sahəsində aparılan tədbirlərin operativliyinin təmin edilməsi, şəffaflığın daha da artırılması, habelə çevik idarəetmə strukturunun formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-ci il 18 fevral tarixli 12 nömrəli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin aparatının və tabeli qurumlarının yeni strukturu təsdiq edilmişdir. Xidmətin tabeli qurumlarında çevik idarəetmə strukturunun formalaşdırılması üçün müəyyən tədbirlər həyata keçirilmişdir. Ağdam, Abşeron, Bərdə, Beyləqan, Balakən, Cəlilabad, Kürdəmir, Xaçmaz, Hacıqabul, Samux, Şamaxı, Lənkəran, Şəki, İmişli, Biləsuvar, Tovuz və Saatlı rayonlarının bitki mühafızəsi mərkəzlərinin hər birinin tərkibində mobil bitki mühafizəsi dəstələri yaradılmışdır.Artıq lahiyələrin icrasına başlanılıb və beynəlxalq ekspertlər - Sloveniyadan bitki mühafizəsi üzrə mütəxəssis Tanya Dreo və İsraildən toksikologiya üzrə mütəxəssis İsaac Skalsky Dövlət Fitosanitar Nəzərati Xidmətində olublar Beynəlxalq ekspertlərlə birlikdə Respublika karantin Ekspertiza Mərkəzinin və Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyalarının mütəxəssislərinin iştirakı ilə mövcud vəziyyəti təhlil edilib . İşlərin beynəlxalq standartların tələblərinə uyğun olaraq yenidən qurulması, laboratoyiların zəruri avadanlıqlarla təchizatı , zərərli orqanizimlərin diaqnostikası , pestisidlərin , aqrokimyəvi maddələrin və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinin təyini üsullarının təkmilləşdirilməsi məqsədilə  laboratoriya işçilərinə ünvanlı təlimlərin və texniki yardımın göstərilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib