Dərc edilib: 31-12-2015

https://www.nuh.az/7015-.html

“Mahmudovla Hacıyevin Azərbaycana vurduğu zərbələr...”

31.12.2015 14:26:21

Siyasət

 

“Eldar Mahmudovun və qruplaşmasının əməlləri  Azərbaycan dövlətinə, Azərbaycan xalqına ona etimad göstərən prezidentinə xəyanətdir. Bunun ayrı adı yoxdur”.

 

Bu sözləri deputat Fəzail Ağamalı gün.az portalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu bandanın əməlləri barədə mətbuatda yol tapan çox məhdud informasiya, məlumatlardan çıxarılan nəticə tükürpədicidir. Çünki dövlətin bel sütunu sayılan, cəmiyyətin, xalqın təhlükəsizliyində müstəsna rol oynayan bir qurumun rəhbəri, onun ətrafındakı bandanın törətmiş olduğu cinayətlərin izahını tapmaq mümkün deyil.Deputat həmçinin E.Mahmudovun qudası Cahangir Hacıyevin təcridxanadan özünə bəraət qazandırmaq üçün bəzi KİV-lərdə müdafiə kampaniyası təşkil etməsindən hiddətlə danışıb. “Cahangir Hacıyevi müdafiə edənlər elə Cahangir Hacıyevlə bərabər tutulmalıdır və bərabər də tutulanlardır”-o deyib. Fəzail Ağamalının sözlərinə görə, heç bir halda da unutmaq olmaz ki, Cahangir Hacıyev haqqında həbs qətimkan tədbirinin seçilməsinə baxmayaraq,  milyardlarla vəsaiti hələ də onun əlindən alınmayıb. “O milyardlarla vəsait bu gün faktiki olaraq onun əməllərinin də, cinayətlərinin də ört-basdır edilməsinə yönəlməkdədir. Mən də qəzetlərin bəzilərindən oxuyuram və məni təəccüb bürüyür ki, Cahangir Hacıyev bütün günahları özündən kənara, daha doğrusu, maliyyə nazirinin üzərinə atır.Halbuki hamımız maliyyə naziri  Samir Şərifovun  nə dərəcədə  ciddi, nəcib və təmiz bir insan olduğunu şahidiyik. Həmçinin onun birinci müavini İlqar Fətizadənin adı heç zaman heç yerdə xoşagəlməz məqamlarda hallanmayıb”-deputat deyib.Fəzail Ağamalı hesab edir ki, istintaq Cahangir Hacıyevin Eldar Mahmudovla bərabər Azərbaycan dövlətinə, onun iqtisadiyyatına, maliyyə sisteminə vurmuş olduğu zərbələri tam üzə çıxaracaq. Onlar Azərbaycan qanunları çərçivəsində o, öz cəzasını alacaq. “Buna mənim qətiyyəm şübhəm yoxdur”-deputat bildirib.  Virtualaz.org.

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib