Dərc edilib: 31-12-2015

https://www.nuh.az/7017-.html

Büdcə işçilərinin maaşları kəsildi - Lerikdə

31.12.2015 15:47:17

Cəmiyyət

 

Neft qiymətlərinin kəskin ucuzlaşmasından və manatın devalvasiyasından sonra bütün sahələrdə maliyyə böhranı hiss olunur. Böhran artıq büdcə təşkilatlarında da müşahidə olunmağa başlayıb.Qaynar.info-nun əldə etdiyi məlumata görə, Lerik rayonunda büdcə təşkilatlarında çalışanlar dekabr ayının maaşını kəsirlə alıb. Belə ki, müllimlər, həkimlər, idarə işçiləri daxil olmaqla büdcədən maliyyələşən bütün işçilərin maaşlarından 50 manat kəsilib. Rayon rəhbərliyi bunu böhranla əlaqələndirib. İşçilərə bildirilib ki, kəsir qarşıdakı aylarda nəzərə alınacaq. Amma məbləğin nə vaxtsa ödənib-ödənməyəcəyi dəqiq bilinmir.Təbii ki, hər şeyin bahalaşdığı dövrdə dövlətdən aldıqları cüzü maaşların da kəsilməsi büdcə təşkilatlarının işçiləri tərəfindən narazılıqla qarşılanıb. Artıq rayonun Zuvuc kəndinin ziyalıları bununla bağlı prezident İlham Əliyevə məktub yazaraq şikayət ediblər.  Qaynar.info
NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib