Dərc edilib: 05-01-2016

https://www.nuh.az/7023-.html

MTN akademiyasında kütləvi qovulma

05.01.2016 12:22:03

Siyasət

 

“MTN işi”nə görə keçmiş Milli Təhlükəsizlik Nazirliyində və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki ixtisarlardan sonra Milli Təhlükəsizlik Akademiyasında da islahatlara start verilib.

Qaynar.info AzNews.az-a istinadən xəbər verir ki, vəzifələrindən azad olunan və həbs edilən yüksək vəzifəli keçmiş MTN-çilərin övladlarının və qohumlarının akademiyadan xaric edilməsinə başlanılıb. Məlumata görə, artıq keçmiş MTN-çilərlə qohumluq əlaqəsi olan 10-dan çox tələbə akademiyadan xaric edilib.Məlum olub ki, qovulan tələbələrin bir qismi akademiyaya qeyri-qanuni yolla qəbul olunub, digər qismi isə imtahan nizam-intizam qaydalarını pozduqları üçün akademiyadan çıxarılıb.Xatırladaq ki, ötən il oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Bundan sonra MTN-də ciddi kadr islahatları aparılmağa başlanıb. Bir sıra yüksək vəzifəli MTN-çilər vəzifələrindən azad olunub. İşdən çıxarılan MTN-çilərdən əksəriyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma faktları ilə həbs olunublar.Ötən il dekabrın 14-də isə MTN ləğv edilib. Prezident Milli Təhlükəsizlik Nazirliyinin əsasında iki qurum yaradılması barədə fərman imzalayıb.

 

NUH.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib