Dərc edilib: 05-01-2016

https://www.nuh.az/7028-.html

Qobustanda iki idarə rəisi dalaşdı

05.01.2016 14:58:47

Hadisə

 

 

Başçı məsələyə müdaxilə etdi

 

 

Bu gün   NUH.az-ın  bölgə müxbirinin   verdiyi  xəbərə  görə,  Qobustan rayonunda  qarşılıqlı borclara  görə  Qaz idarəsi İşıq idarəsinin qazını kəsib. Nəticədə  İşıq idarəsi də rayon Qaz idarəsinin işığını kəsməli olub. Sonda hər iki idarə rəisi arasında dava olub. Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları gəlib.

Məsələyə müdaxilə edən  RİH-nin  başçısı  Adil Məmmədov  hər iki idarə rəisini xeyli danlayıb.

Müxbirimizin məlumatına görə hələ də tərəflər   “işıq-qaz”  məhdudiyyətini aradan qaldırmayıb.

Problemlə bağlı icra hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib