Dərc edilib: 07-01-2016

https://www.nuh.az/7035-.html

Baş Prokurorluq hüquq müdafiəçisinə xəbərdarlıq etdi

07.01.2016 12:28:38

Siyasət


"Siyasi Məhbuslarsız Azərbaycan” qeyri-hökumət təşkilatının koordinatoru və Milli Şuranın üzvü Oqtay Gülalıyevə Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilib.

Hüquq müdafiəçisi dünən Baş Prokurorluğa çağırılmışdı. Sonradan məlum olub ki, o, iki saata yaxın orada qaldıqdan sonra azad buraxılıb.“Mən yerli vaxtla saat 17-də Respublika Prokurorluğuna daxil oldum və iki saata yaxın orada qaldıqdan sonra azad buraxıldım. Çağırılmağımın səbəbi kimi bu yaxınlarda mənim tərəfimdən yazılmış və çoxsaylı mediada dərc olunmuş yazım göstərildi...Detallı şəkildə məlumat yaymamaqla bağlı iltizama qol çəkdiyimdən geniş danışmayacam. Rəsmi xəbərdarlıq olundum. Bildirdilər ki, məqalədəki bəzi məqamlar dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirir. Onlara bildirdim ki, yazı mənim fikrilərimdir, qanunlar və fikir azadlığı çərçivəsindədir. İnsanları düşüncəsinə görə ittiham etmək olmaz. Bir də yazılarımı diqqətlə oxuduqları üçün təşəkkür etdim”, - deyə Gülalıyev "Turan"a bildirib.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib