Dərc edilib: 07-01-2016

https://www.nuh.az/7037-.html

Kreditə görə özünü öldürən direktor müavini

07.01.2016 18:25:10

Cəmiyyət

 

 

Bu gün səhər saatlarında özünü yandıran Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Novruzov Alik Mustafa bir saat əvvəl dünyasını dəyişib. Rayondan Bizimxeber.az-a verilən məlumata görə, direktor müavini agır yanıq xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Məlumatda qeyd olunur ki, Bakıdan rayona ezam olunan həkim briqadası belə onun həyatını xilas edə bilməyib. Alik Novruzovun bütün baş nahiyəsi yanıbmış. Məlumat üçün bilrdirək ki, təsərrüfat müdirinin ayrı-ayrı banklara 7 min manata yaxın borcu olub. Amma o, maddi imkansızlıqdan bu kreditləri qaytara bilmirmiş. Nəticədə borclu olduğu bank onu məhkəməyə veribmiş. Çıxış yolunu intiharda görən Alik Mustafayev məktəbin qazanxanasında üzərinə benzin tökərək özünü yandırıb. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırlıb. Bizimxeber.az

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib