Dərc edilib: 08-01-2016

https://www.nuh.az/7039-.html

Sevindik Hətəmov üçün daha bir şans… Yol çəkilişi…

08.01.2016 16:41:48

Cəmiyyət

 

Bölgələrin sosial-iqtisadi inkişafı üçün ayrılan dövlət vəsaitini mənimsəməkdə xüsusilə mahir olan icra başçıları  dövlətin dəstəyi və prezidentin etimadından sui-istifadə etməkdə davam edirlər.Belə icra başçıları sırasında yer alan və zaman –zaman itirilmiş mövqelərini bərpası üçün xeyli əmək sərf edən Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov növbəti dəfə ölkə başçısının etimadından sui-istifadə etdi.Dövlət başçısının Yardımlıya ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsi, daha çox icra başçısı və yaxın ətrafının şəxsi büdcəsinə isitqamətləndirilməsi təcrübəsindən yəqin ki, bu dəfə də gün-bol isitfadə ediləcək. Söhbət Yardımlıda yolların bərpasına ayrılan vəsaitin mənimsənilməsi perspektivindən gedir ki, bunu da Sevindik Hətəmov yəqin ki, heç bir maneə olmadan asanlıqla bacaracaq.Bu işdə icra başçısına sahibi olduğu Güzdək daş karxanası da yardım edəcək. Yolların təmirinə ayrılan vəsaitin mənimsənilməsi üçün artıq plan hazırladığı bildirilən icra başçısının bu planında ilk növbədə məhz daş karxanasının materialından istifadə əsas yer tutur. Ayrılan vəsaitin müqabilində görülən işin standartlara cavab verib-verməməsinin yoxlanılması praktikasından Azərbaycanda istifadə edilmədiyindən hər şey Sevindik Hətəmov və onun kimi rayon “sahiblərinin” öz insafına qalıb.Güzdək daş karxanasındakı daş ovuntularından ən yüksək keyfiyyətli material adı ilə yolların təmirində istifadə olunması planı artıq hazırdır. Qalır bircə bu planı mərhələli və olduqca qısa müddət ərzində həyata keçirmək və vəsaitin böyük hissəsini mənimsəmək.Xüsusilə indiki iqtisadı böhranın qapını kəsdirdiyi zamanda qazanılan hər milyonun dəyərini bilən icra başçısı üçün bu növbəti fürsətdir. Bu fürsətdən istifadə edərək şəxsi büdcəsini artırmaq Sevindik Hətəmovun vəzifəsi ilə vidalaşması ərəfəsində daha çox çevilklik tələb edir.Xatırladaq ki, vəsait ayrılmasına ehtiyac olan sahələrin hazırlanmasında icra başçının xüsusi “canfəşanlığı” olur ki, bu da hansı sahələrdə daha çox pul qazanmaq imkanı ilə bağlıdır. Görünür, Sevindik Hətəmov və himayədarları məhs dağ yollarının bərpası adı ilə büdcədən ayrılan vəsaitin mənimsənilməsini daha məqsəduyğun və asan hesab ediblər.Çünki cəmi 3 il əvvəl Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olub. Sərəncama əsasən  on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.Əlavə şərhə ehtiyac yoxdur.Bizimxeber.azBölgələrin sosial-iqtisadi inkişafı üçün ayrılan dövlət vəsaitini mənimsəməkdə xüsusilə mahir olan icra başçıları  dövlətin dəstəyi və prezidentin etimadından sui-istifadə etməkdə davam edirlər.Belə icra başçıları sırasında yer alan və zaman –zaman itirilmiş mövqelərini bərpası üçün xeyli əmək sərf edən Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov növbəti dəfə ölkə başçısının etimadından sui-istifadə etdi.Dövlət başçısının Yardımlıya ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsi, daha çox icra başçısı və yaxın ətrafının şəxsi büdcəsinə isitqamətləndirilməsi təcrübəsindən yəqin ki, bu dəfə də gün-bol isitfadə ediləcək. Söhbət Yardımlıda yolların bərpasına ayrılan vəsaitin mənimsənilməsi perspektivindən gedir ki, bunu da Sevindik Hətəmov yəqin ki, heç bir maneə olmadan asanlıqla bacaracaq.Bu işdə icra başçısına sahibi olduğu Güzdək daş karxanası da yardım edəcək. Yolların təmirinə ayrılan vəsaitin mənimsənilməsi üçün artıq plan hazırladığı bildirilən icra başçısının bu planında ilk növbədə məhz daş karxanasının materialından istifadə əsas yer tutur. Ayrılan vəsaitin müqabilində görülən işin standartlara cavab verib-verməməsinin yoxlanılması praktikasından Azərbaycanda istifadə edilmədiyindən hər şey Sevindik Hətəmov və onun kimi rayon “sahiblərinin” öz insafına qalıb.Güzdək daş karxanasındakı daş ovuntularından ən yüksək keyfiyyətli material adı ilə yolların təmirində istifadə olunması planı artıq hazırdır. Qalır bircə bu planı mərhələli və olduqca qısa müddət ərzində həyata keçirmək və vəsaitin böyük hissəsini mənimsəmək.Xüsusilə indiki iqtisadı böhranın qapını kəsdirdiyi zamanda qazanılan hər milyonun dəyərini bilən icra başçısı üçün bu növbəti fürsətdir. Bu fürsətdən istifadə edərək şəxsi büdcəsini artırmaq Sevindik Hətəmovun vəzifəsi ilə vidalaşması ərəfəsində daha çox çevilklik tələb edir.Xatırladaq ki, vəsait ayrılmasına ehtiyac olan sahələrin hazırlanmasında icra başçının xüsusi “canfəşanlığı” olur ki, bu da hansı sahələrdə daha çox pul qazanmaq imkanı ilə bağlıdır. Görünür, Sevindik Hətəmov və himayədarları məhs dağ yollarının bərpası adı ilə büdcədən ayrılan vəsaitin mənimsənilməsini daha məqsəduyğun və asan hesab ediblər.Çünki cəmi 3 il əvvəl Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olub. Sərəncama əsasən  on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.Əlavə şərhə ehtiyac yoxdur.

 

Bizimxeber.az

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib