Dərc edilib: 11-01-2016

https://www.nuh.az/7059-.html

Çovdarovun Mərkəzi Bankdakı qohumları

11.01.2016 12:52:43

Cəmiyyət

Bir  neçə gün  əvvəl  dərc etdiyimiz  yazıda  Mərkəzi Bankın sədr müavini, bankın İdarə Heyətinin üzvü Aftandil  Babayevin Dövlət Statistika Komitəsinin uzun müddət  boş qalmış  sədr  vəzifəsi uğrunda  mübarizəsindən bəhs etmişdik.

 

Xatırlatma üçün qeyd edək ki, Aftandil Babayev Mərkəzi Bankda  MTN  generalı  Akif Çovdarovun ən yaxın dostu olub. Bu gün NUH.az-a  daxil olan məlumata görə, Mərkəzi Bankda  təkcə  Aftandil Babayev deyil,  digər bir neçə mühüm vəzifə sahibi  keçmiş nazir  Eldar Mahmudovun və  Akif Çovdarovun  tapşırıqlarını icra ediblər. 

 

Belə vəzifə sahiblərindən biri də Mərkəzi Bankın  Baş direktoru Aqşin Vəliyev olub. Mənbənin iddiasına görə, Baş direktor  Akif Çovdarovun yaxın qohumudur.

 

Maraqlıdır ki,  baş bankir  Elman Rüstəmov bu şəxslərə qaşın üstdə gözün var deyə bilmir. Mənbə bunun səbəbini  Çovdarovda  baş bankirin  özəl həyatı ilə bağlı  “kasset”in  oması ilə izah elədi.

Yazıda adıkeçən  şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib