Dərc edilib: 11-01-2016

https://www.nuh.az/7061-.html

Hansı ölkə müəlliminə nə qədər maaş verir? - SIYAHI

11.01.2016 13:29:10

Cəmiyyət

Müəllimlər hansı ölkədə nə zaman təqaüdçü olur? ABŞ-da müəllimlik qadın peşəsi olaraq görülür.

 

Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxa bilər.Almaniyada isə müəllimlərin tək məcburiyyəti öz iş yerlərini özlərinin tapmaq məcburiyyətində olmalarıdır. Müəllimlik bu cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2-3 min dollar arasında dəyişir. 35 illik müəllimlik stajı olan şəxslər 63 yaşında təqaüdə ayrılırlar.

Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda ortalama olaraq 2500 dollar maaş alırlar. Pensiya yaşı isə 55 olaraq qəbul olunur müəllimlər üçün.

Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq bank işçiləri ilə eyni maaşı alırlar. 10 sentyabr Çində müəllimlər günü olaraq qeyd olunur.

Fransada praktikant müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2 min 500 dollar maaş alır. Müəllimlər üçün müxtəlif karyera qrupları var.

Həmçinin onlara öyrədici fəaliyyətlər üçün əlavə vəsait verilir. Pensiya yaşı minimum 60 yaş olaraq qəbul olunub.Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar ətrafında maaş alırlar.

Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir.Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır.

Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır.

Ölkə.Az  aşağıdakı siyahıda bəzi ölkələrdə müəllimlərin orta illik maaşları göstərilib: 

Estoniya 12 306 dollar

Slovakiya 12 858 dollar

Macarıstan 13 115 dollar

Polşa 16 506 dollar

Meksika 19 590 dollar

Çex Respublikası 20 185 dollar

Çili 23 623 dollar

Türkiyə 25 189 dollar

İslandiya 26 991 dollar

İsrail 27 174 dollar

Yunanıstan 28 184 dollar

Sloveniya 32 193 dollar

İtaliya 32 969 dollar

Fransa 33 152 dollar

İsveç 34 387 dollar

Norveç 37 585 dollar

Finlandiya 37 886 dollar

Avro bölgəsindəki 21 ölkə ortalaması 38 602 dollarPortuqaliya 39 424 dollarİspaniya 41 339 dollarAvstriya 41 633 dollarYeni Zelandiya 41 755 dollarİngiltərə 44 269 dollarBelçika (Fransız danışan bölgə) 44 407 dollarBelçika (Alman danışan bölgə) 45 413 dollarYaponiya 45 741 dollarABŞ 46 130 dollarŞotlandiya 47 984 dollarCənubi Koreya 48 251 dollarAvstraliya 48 522 dollarDanimarka 50 332 dollarHollandiya 52 292 dollarİrlandiya 54 954 dollarKanada 56 349 dollarAlmaniya 58 662 dollarLüksemburq 93 397 dollar

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib