Dərc edilib: 14-01-2016

https://www.nuh.az/7075-.html

"SOCAR Gürcüstan qarşısında bütün öhdəliklərini yerinə yetirir" - Rövnəq Abdullayev

14.01.2016 12:15:38

İqtisadiyyat

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstan hakimiyyəti qarşısındakı bütün öhdəliklərini yerinə yetirir

 

"Report"   Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın "Rustavi-2" telekanalına müsahibəsində bildirib.R.Abdullayev Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin iqtisadi komandası ilə danışıqların yaxşı keçdiyini bildirib. "Gürcüstan hakimiyyətinə qəbul üçün təşəkkür edirəm. "SOCAR Georgia" layihəsi uğurlu işləyir. Biz Gürcüstan hakimiyyəti qarşısında olan bütün öhdəliklərimizi yerinə yetiririk. Neft və qazın qiyməti ilə əlaqədar çətinliklərə baxmayaraq, öhdəliklərimizi yerinə yetiririk. Danışıqlara gəlincə isə, o, əsasən bir neçə texniki problemlə bağlı idi. Energetika Nazirliyi ilə birgə işləyərək bütün məsələləri həll edə biləcəyik", - deyə R.Abdullayev əlavə edib.Qeyd edək ki, dünən Tbilisidə SOCAR nümayəndələri və Gürcüstanın hökumət rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə, "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfdən isə bu ölkənin baş naziri Georgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze və digər rəsmilər iştirak ediblər.

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib