Dərc edilib: 14-01-2016

https://www.nuh.az/7079-.html

Xaçmaz şəhərində Tarix-Diyarşünaslıq muzeyində regional müşavirə keçiriləcək

14.01.2016 18:25:11

İqtisadiyyat

 

 

15 yanvar 2016-cı il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhərində Tarix-Diyarşünaslıq muzeyində Xidmətinin yerli qurumlarının-rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Quba-Xaçmaz bölgəsində fitosanitar vəziyyət və antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması” mövzusunda regional müşavirə keçiriləcəkdir.

Regional müşavirədə “ Karantin və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və fitosanitar vəziyyətin təhlili ”, “ Respublika ərazisində amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury.) yayılmasının qarşısının alınması və yayılma mənbələrının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti ”, “Antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması  və pestisidlərin səmərəli tətbiqi yolları ” və “Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları”  mövzularında çıxışlar dinləniləcək və müvafiq müzakirələr aparılacaqdır.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib