Prokuror Zakir Qaralovun kirvəsindən 7 min alaraq onu zaminə buraxdı
2014-cü ildə ölkə mətbuatında Yasamal rayonu, Şərifzadə küçəsi 12, aspirantların yataqxanası, bina 53, otaq 53 ünvanında yaşayan Məmişova Səadət Baba qızının hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanlanmış müraciəti dərc olunmuşdu.
Xatırlatma üçün bildirək ki, Məmişova öz şikayətində bildirirdi ki, özünü baş prokuror Zakir Qaralovun kirvəsi kimi qələmə verən Elşad Maqsud oğlu Atakişiyev onu aldadaraq həyat yoldaşını həbsdən azad etmək adı ilə ondan 30 min manat pul alıb və geri qaytarmayıb.
Zərəçəkən müxtəlif orqanlara şikayət etsə də heç bir reaksiya olmayıb.
Məmişovanın müraciəti mətbuatda dərc olunandan bir neçə gün sonra Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 12 may 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparıldı və Elşad Atakişiyev həbs edildi.
Bu günlərdə Məmişova NUH.az-a müraciət edərək bildirdi ki, Yasamal polisi Elşad Atakişiyevi 2 gün həbsdə saxlasa da, Yasamal rayon prokurorluğu, şəxsən prokuror Həsrət Pirməmmədov 7 min manat alaraq onu zaminə buraxdı. Hazırda isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Elşad Atakişiyev barəsində axtarış elan olunub.
Zərərçəkən haqlı olaraq soruşur ki, 30 min pul atan cinayətkarı Yasamal prokurorluğu nə üçün zaminə buraxıb..?
NUH.az