Dərc edilib: 20-01-2016

https://www.nuh.az/7106-.html

Qobustanın icra başçısı şəhidlər xiyabanında özünə villa tikdirib

20.01.2016 16:07:16

Cəmiyyət

 

Adil Məmmədovun  "Polad"  şirkəti ilə 400 minlik sövdələşməsi 

 

Qobustan camaatı  susuzluqdan əziyyət  çəkdiyi, bir maşın suya 25 manat  verdiyi  halda   rayonun icra başçısı Adil Məmmədovun Cəngidəki fermasındakı mal-qaranın  "suda  üzməsi" barədə mətbuatda çox yazılıb. İcra başçısı hətta  rayonun abadlığı üçün büdcədən ayrılan  370 min manat pulu mənimsəyərək rayondakı idarə rəislərinə  hasar çəkdirir.  NUH.az-a məlumat verən  mənbə bildirdi ki,  rayonun Cəngi qəsəbəsində Bakı-Şamaxı yolunun kənarında çəkilmiş 1 kilometr uzunluğunda hasar, icra başçısı Adil Məmmədova 370 min manat xeyir gətirib. Və icra başçısı  1 km uzunluğunda hasarı  rayondakı idarələr arasında aşağıdakı qaydada bölüşdürülüb:

1. Təhsil şöbəsi – 200 metr,

2. Mədəniyyət şöbəsi – 200 metr,

3. Dövlət Sosial Müdafiə Fondu – 100 metr,

4. Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi – 100 metr,

5. Qaz idarəsi – 100 metr,

6. Su idarəsi – 100 metr,

7. Baytarlıq idarəsi – 100 metr,

8. Məşğulluq idarəsi – 100 metr.

Mənbə NUH.az-a onu da bildirdi ki, icra başçısı rayonun şəhidlər  xiyabanının üst tərəfində  sakinlərin istirahəti üçün nəzərdə tutulmuş  parkı  ləğv edərək özü üçün  3 mərtəbəli villa tikdirib. Rayondakı idarə rəislərinin hamısı  bu tikintiyə pul köçürüb. Mənbəmiz onu da bildirir ki, əgər Maliyyə nazirliyi yoxlama aparsa bu faktlar ortaya çıxar. İcra başçısı rayon ərazisində   min  hektrala torpaq  ələ keçirərək taxıl əkdirir. Adil Məmmədovun  rayonun  Ərəbqədim, Xilmilli, Poladlı, Cəmcəmli və digər kəndlərində  otlaq sahələri var. Rayonun Baytarlıq idarəsinin rəisi  ancaq başçının mal-qarasına qulluq edir. 

Növbəti yazıda icra başçısının "Polad" şirkəti ilə  400 minlik sövdələşməsindən bəhs edəcəyik. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib