Dərc edilib: 22-01-2016

https://www.nuh.az/7117-.html

AHİK –in mövqeyi...

22.01.2016 11:13:07

Cəmiyyət

 

 

“Nuh.az” informasiya agentliyinin təsisçisi və baş redaktoru cənab Kamran Məhərrəmliyə!

 

 

Rəhbərlik etdiyiniz  informasiya agentliyinin 19 yanvar 2016- cı il tarixdə  (saat16:26) sayta qoyulmuş “Həmkarlar”ın əllillərə verdiyi 50-liliklər saxta çıxıb” başlıqlı məlumatla əlaqədar bildiririk ki, göstərilən tarixdə və məkanda Həmkarlar İttifaqının heç bir tədbiri keçirilməyib. Biz “Təbrik” şadlıq evinin rəhbərliyi ilə əlaqə saxlayıb bu barədə məlumat almışıq. Şadlıq evinin administratoru Altay müəllim bildirdi ki, göstərilən tarixdə “Təbrik”də  heç bir tədbir keçirilməyib.

Xahiş edirik ki, bununla bağlı AHİK –in mövqeyini saytınızda dərc edəsiniz.

 

 

                        AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib