Dərc edilib: 24-01-2016

https://www.nuh.az/7123-.html

SOCAR 540 milyon dolları ölkədən niyə çıxartdı?

24.01.2016 13:00:09

Maraqlı

SOCAR 2012-ci ildə illik 5,45%-lə buraxdığı və vaxtı 2017-ci ilin fevralında bitməli olan 500 milyon dollarlıq avrobondu vaxtından əvvəl geri almaq üçün 540 milyon dollara yaxın pul ödəyib.

Bu barədə iqtisadçi-ekspert Samir Əliyev Facebook statusunda yazıb. Ekspertin fikrincə, güman ki, həmin vəsaitin müəyyən hissəsi daxili bazardan alınan dollar hesabına yönəldilib: “Kapital axınının güclü olduğu və şirkətin maliyyə vəziyyətinin yaxşı olmadığı bir dövrdə borcu vaxtından əvvəl qaytarmağa nə ehtiyac var idi? Daxili bazarda yanacağı ucuzlaşdırmaq əvəzinə borcu artıqlaması ilə (2% çox) ilə qaytarmaq bu qədərmi vacib idi? Olmaya daha böyük borc götürmək planları var? Hər bir halda özəl şirkətlərə valyuta köçürmələrinə 20%-lik vergi tətbiq edilirsə, dövlət şirkətləri vasitəsilə valyuta axını nəzərdən qaçırtmaq olmaz”.


NUH informasiya agentliyi səhifəsindən çap edilib