Dərc edilib: 25-01-2016

https://www.nuh.az/7129-.html

Prezidentin təzə məsləhətçisinin ömür yolu

25.01.2016 19:44:10

Siyasət

Bu gün Azərbaycan Respublikasının  Prezidenti möhtərəm İlham Əliyev cənabları özünə İqtisadi islahatlar üzrə köməkçi təyin etdi.

Lap yaxşı. Bu prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Amma ...
Təzə reformator köməkçinin- Natiq Əmirovun tərcümeyi-halına baxıram. Bu adam Təfəkkür universitetini bitirib.

Təsəvvür edirsiniz Təfəkkür universiteti ee... Bu biabırçı universitetin  məzunu  hansı islahata məsləhət verə bilər..? 
Təzə  köməkçinin   tərcümeyi halında  N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu bitirdiyi də qeyd olunub.

Nə Voznesenski, nə Leninqrad..?

Söhbət  SSRİ-nin təhsil nazirinin əmri ilə  ləğvo lunmuş   "Narxoz"dan gedir.

Məlumat üçün bildirm ki,  SSRİ  tarixində yalnız bircə dəfə  ali məktəb ləğv olunub: Azərbaycan Xalq Təsərrüfatı İnstitutu - Narxoz.

Bu məktəbi sovet təhsilinin qara yarası  adlandırırdılar. Ona görə də ləğv olundu. Bu Azərbaycan üçün o vaxt  əsl rüsvayçılıq idi.

İndi olub  Voznesenski....

Belə bir    "təhsil  ocaq"larının  məzunundan  islahat gözləməyə dəyərmi..?

Mən hələ təzə köməkçinin Fazil  Məmmədovun yanında keçdiyi "müsbət təcrübə"dən danışmaq istəmirəm. 

Amma istənilən halda istəyərdim ki, ölkəmizdə islahatıar uğurla həyata keçirilsin. Bizim cəmiyyətin yeganə xilas yolu islahatlardır.

 

   NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib