Dərc edilib: 27-01-2016

https://www.nuh.az/7138-.html

Qobu bələdiyyəsinin keçmiş sədri 15 min dollar rüşvət alıb

27.01.2016 15:20:30

Siyasət

 

Yeni bələdiyyə  sədri 50 yaşında ABU-ya daxil olub

 

Bələdiyyə sədrlərinin  torpaq alveri ilə  məşğul olması, bir torpaq sahəsini bir neçə nəfərə qanunsuz satması  artıq adi hal alıb. Rüşvətxorluq  və korrupsiya  bələdiyyələrdə  normaya  çevrilib. Bu yolla  külli miqdarda pul qazanan, sərvət toplayan bələddiyyə sədrləri o qədər harınlayıb ki, hətta  şou əhli olan xanımlara bahalı avtomobil bağışlayır, onlara sponsorluq edirlər.

Milli Məclisdə  bələdiyyələrlə bağlı məsələlərə baxan  Arif Rəhimzadə çıxışlarının birində bildirimişdi ki, bələdiyyə üzvləriniun çoxunun ali təhsili yoxdur.

Ali təhsilləri olmasa da bələdiyyə üzvlərinin çoxu yığdıqları haram pulla HACI titulu əldə ediblər.

Belə hacılardan biri də  Qobu bələdiyyəsinin keçmiş sədri    

Hacı Mübariz Bayramovdur.

Ağstafa  şəhər polklinikasının həkimi Mahir Yusifov NUH.az-ın əməkdaşına bildirib ki, Abşeron rayonunun Qobu qəsəbəsindən torpaq sahəsi almaq üçün  2009-cu ildə  Hacı  Mübarizə 15 min dollar pul vermişəm: “ Bələdiyyə sədri öz müavini Ənvər Əmiraslanova tapşırdı ki, buna  məktəbin yanındakı sahədən 24 sot torpaq ver”.

Ancaq  sonradan  Mahir Yusifova çox uzaq bir yerdən yararsız torpaq sahəsi verilib.

Zərərçəkən  dəfələrlə dövlət orqanlarına şikayət etsə də  heç bir faydası olmayıb.

NUH.az-ın apardığı araşdırma zamanı bəlli  oldu ki, sonuncu seçkilərdə  hacı Mübarizi onun müavini hacı Ənvər Əmiraslanov əvəz edib. Araşdırma zamanı o da bəlli oldu ki, hacı Ənvər  50 yaşında  Elşad Abdullayevin Azərbaycan Beynəlxalq Universitetinə daxil olub.

Bizə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur.

 

     NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib