Dərc edilib: 27-01-2016

https://www.nuh.az/7141-.html

I qrup əlil ailəsi FHN-dən prezidentə şikayət etdi…

27.01.2016 18:17:26

İqtisadiyyat


Görmə qabiliyyətini itirmiş I qrup əlil Əzimov Hidayət Qurban oğlu və insultdan 9 ildir ki, yataq xəstəsi və I qrup əlil Əzimova Minayə Həsən qızı Bizimxeber.az vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən kömək istəyir.I qrup əlil ailəsinin müraciətini olduğu kimi sizə təqdim edirik…Möhtərəm Prezident!Sizin həyata keçirdiyiniz islahatlar, sahibkarlara təkanverici qanunlarınız, xalqa diqqətiniz biz vətəndaşları bir daha yıxılmış vəziyyətdən ayağa qalxmağa məcbur etdi. Sizə və ailənizə olan hörmətimizi qat-qat artırdı.Sizi narahat edən görmə qabiliyyətini itirmiş I qrup əlil (həyat yoldaşım insultdan 9 ildir ki, yataq xəstəsi və I qrup əlildir) Əzimov Hidayət Qurban oğludur.Mən Hacıqabul rayonu Navahı qəsəbəsində yaşayıram. 2009-cu ildə sel suları nəticəsində mal-qaram, ev-eşiyim su altında qaldı. Bu mənzərəni ANS telekanalı vasitəsilə Qənirə Ataşova geniş şəkildə işıqlandırdı. Kənndə ən çox zərər çəkmiş mən və 2 oğlum oldu. Evimiz partladı, çökdü. Məni və həyat yoldaşımı sürüyərək traktor vasitəsilə həyətimdən çıxartdılar. Bu günə qədər həmin o şəraitsiz evdə yaşayırıq. Mənə və 2 oğluma dəfələrlə əlaqədar qurumlarda olmağımıza baxmayaraq nə maddi yardım verilib, nə də evimiz təmir olunub. FHN-dən Orucəli müəllim şahiddir. Dəfələrlə FHN-nin Tikintiyə Nəzarət Agentliyində olmuşam.Cəbrayıl müəlllimin idarəsində siyahıda adınız var, pullar veriləcək deyib. Amma o siyahılar bu günədək stolun üstündə qalıb. Bu ilin mart ayında Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bizim rayonda vətəndaşlarla görüşü zamanı həmin sözləri Etibar müəllimə də anlatdım. “Ağsaqqal, narahat olma sizin evdə təmir işi aparılacaq və köməklik ediləcək “dedi.Heç bir köməklik olunmadığını görən oğlum bankdan 15000 ABŞ dolları götürdü k, bizi həm müalicə etdirsin, həm də ev şəraitimizi düzəltdirsin. Dolların qalxması belimizi sındırdı. İndi bankın kreditini də verə bilmirik.İnsultdan yataq xəstəsi olan yoldaşımı evin döşəməsi yararsız olduğundan zirzəmidən çıxan qurdlar dalamış, yara salmışdır. 3 aya yaxındır ki, yaraları sağaltmaqla məşğuluq. Oktyabr ayında yoldaşım və mən Şirvan rayon xəstəxanasında müalicə aldıq. 4 noyabradək.Bizə müalicə üçün , nə də şəraitimizə görə yardım edilmir. Hər ikimiz I qrup əlilik. Nəzərinizə çatdırıram ki, bu bərpaetmədə çox haqsızlıqlar və yeyintilərə yol verildi. Bizim qədər ziyan dəyməyən sakinlərə həm maddi yardım verildi , həm də evləri tikildi.Möhtərəm prezident!Bizim bu vəziyyətdə yaşamağımıza və maddi cəhətdən çəkdiyimiz əziyyətlərə görə FHN və onun qurumunun, eləcə də aidiyyatı orqanların günahı üzündən olduğu üçün bizə dəyən ziyanın ödənilməsinə köməklik göstərməyinizi sizdən xahiş edirik!Görmə qabiliyyətini itirmiş I qrup əlil Əzimov Hidayət Qurban oğluI qrup əlil Əzimova Minayə Həsən qızı.  Bizimxeber.az

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib