Dərc edilib: 29-01-2016

https://www.nuh.az/7152-.html

AVİS aptekləri Fətullah Gülənin imiş? ŞOK FAKTLAR

29.01.2016 15:24:35

İqtisadiyyat
Bizimxeber

Son günlər AVİS apteklər şəbəkəsi ilə bağlı mətbuatda olduqca maraqlı məlumatlar yayılır.

Bizimxeber.az-a daxil olan daha bir məlumata görə, AVİS aptekləri Azərbaycanda Fətullah Gülən camaatının maliyyə mənbəylərindən biri kimi tanınır. Qeyd olunur ki, AVİS apteklərdən əldə edilən gəlirlər, Fətulllah Gülən camaatının gizli Nur evlərində dərslərin təşkli, toplantılar və Qafqaz Universitetinə yönləndirlir. 

Həmçinin bildirilir ki, AVİS apteklər şəbəkəsinin rəhbəri Türkiyə vətəndaşı Mustafa adlı şəxs bir həftə əvvəl Azərbaycandan qaçıb.

Apteklər şəbəkəsinin mənəvi lideri, yəni gəlirləri paylaşdıran isə, SAMANYOLU TV sabiq işçisi Türkiyə vətəndaşı İbrahim Xəlil Seyhandır. İbrahim Xəlil Seyhan bir başa Fətullah Gülənə Azərbaycandakı biznes şəbəkələri barədə raport yazan maliyyə imamlarının gizli rəhbəri kimi tanınır.

Xəbərlərdə qeyd olunur ki, Mustafa adlı şəxs isə Badamdar qəsəbəsində 2 milyon dollar villa tikdirib və orada yaşayırmış. Qeyd olunur ki, İbrahim Xəlil Seyhan ilə görüşlər həftə sonu villada keçirilirmiş.

Qarşı tərəfin möveyini dərc etməyə hazırıq…Bizimxeber.az

 

  NUH.az  

NUH informasiya agentliyi səhifəsindən çap edilib