Dərc edilib: 31-01-2016

https://www.nuh.az/7155-.html

MTN kimlərin “yatağına burun soxub” ..?

31.01.2016 13:12:47

Siyasət

 

 Şəmsəddin Hacıyev, Zakir Fərəcov nə üçün Eldar Mahmudova villa hədiyyə ediblər..? 

 

Son bir neçə ayda  mətbuatda müxtəlif  vəzifəli şəxslərin MTN-nin keçmiş şefi  Eldar Mahmudova villa, mənzil, qiymətli əşyalar bağışlaması haqqında yazılar dərc olunur. Amma heç kim  bunun əsl səbəblərini açıqlamaq istəmir.

NUH.az-a daxil olan məlumata görə, Eldar  Mahmudovun cinayətkar  dəstəsi vəzifəli şəxslərin, deputatların, biznesmenlərin danışıqlarını dinləyir, onların “özəl-kişisəl”  həytı ilə bağlı materaillar toplayır, “MTN gözəlçələri”  vasitəsi ilə hətta onların  “yataq”larından çəkiliş də edirmişlər. Sonra isə toplanan materaillar  Eldar Mahmudova təqdim olunurmuş. Və sorğu-sual başlanırmış. Biabır  olacağından qorxuya düşən vəzifəli şəxslər, deputatlar, biznesmenlər məcburiyyət qarşısında  Eldar Mahmudova  çox bahalı, dəyəri  100 minlərlə ölçülən  hədiyyələr  verirmişlər.

Ancaq  digərlərindən fərqli olaraq  belə zərərçəkənlər heç yerə şikayət edə bilmirlər. Bu gün də səslərini içlərinə salıb oturublar.

Əlbəttə kiminsə  “yatağına burun soxmaq”  heç bir  qaydaya, hətta insanlığa sığan məsələ deyil.

Mənbə  NUH.az-a bildirib ki, bu rüsvayçılıq hətta hakimiyyətin yuxarı dairələrində bir neçə dəfə ciddi müzakirə olunub  və Eldar Mahmudova xəbərdarlıq da  edilib. Ancaq nəticə olmayıb.

Mənbənin söylədiklərinə görə, İqtisad Universitetinin keçmiş rektoru  Şəmsəddin Hacıyevin  keçmiş MTN şefinə  bir neçə  mənzil  bağışlaması  elə-belə məsələ deyil.

Məlumdur ki, İqtisad Universitetinin həbsdə olan xanım müəlliminin evi  bəzi vəzifəli şəxslər, deputatlar üçün  ən etibarlı  “görüş yeri”  idi. Ancaq mənbənin dediklərinə görə, bu evdə  MTN lövbər salmışdı.

Mənbə, NUH.az-a bildirdi ki, ümumiyyətlə, bu bahalı hədiyyələrin arxasında əsasən  “özəl  həyat” dayanır.

Doğrudan da maraqlıdır ki, Abşeronun keçmiş, Sumqayıtın indiki  icra başçısı  Zakir  Fərəcov  Eldar  Mahmudova nə üçün dəyəri milyonlar olan  villa bağışlamalıdır..?

Axı, məlumdur ki,  Zakir Fərəcəov çox  ciddi fiqura bağlıdır..? Onun Eldar  Mahmudovdan nə  çəkinəcəyi ola bilərdi..?

O cümlədən  Mərkəzi Bankın prezidenti  Elman Rüstəmov  MTN şefindən  niyə ehtiyat etməli idi..?

Əlbəttə, biz baş verən bütün cinayətlərin, bağışlanan hədiyyələrin ancaq  “özəl həyatla” bağlı olduğunu düşünəcək qədər sadəlövh deyilik. Amma suallar da açıqdır.

Mənbə  MTN çetesinin çəkdiyi  gizli Biz hələ neçə-neçə deputatın, komitə sədrinin, vəzifə sahibinin adını çəkmək istəmirik.

Adı çəkilən şəxslərin  mövqeyini  dərc etməyə hazırıq.

 

 NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib