Dərc edilib: 04-02-2016

https://www.nuh.az/7176-.html

Sabirabad Təhsil şöbəsinin müdiri Elman Bünyatov vəzifəsindən uzaqlaşdırıldı

04.02.2016 12:10:43

Cəmiyyət

 

Bölgə müxbirimizin NUH.az-a verdiyi məlumata görə, dünən Təhsil  Nazirliyinin nümayəndəsinin iştirakı  ilə Sabirabad rayon Təhsil şöbəsində iclas keçirilib. Və şöbənin müdiri  Elman  Bünyatov vəzifəsindən azad edilib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl  Sabirabad şəhərindəki Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva dələduzluğa  görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Hazırda keçmiş məktəb direktorunun  cinayət işini  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi araşdırır.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib