Dərc edilib: 04-02-2016

https://www.nuh.az/7179-.html

Daha bir məmur övladının milyonluq avtomobil kolleksiyası – fotolar

04.02.2016 14:39:58

Hadisə


“Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin məsul şəxslərindən olan  Xaqani Kazımovun oğlu, Bakı şəhər Prokurorluğunda çalışan Vüsal Kazımov bahalı avtomobillərdən ibarət kolleksiyaya sahibdir. Bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub.Mənbə həmin kolleksiyanın  bir hissəsinin fotolarını da saytımıza təqdim edib. Bu avtomobillərin dəyəri bir neçə milyon manatlarla ölçülür. Ancaq V.Kazımov və atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.Qeyd edək ki, əslən Kəlbəcərdən olan X.Kazımov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri sayılır. C.Qurbanov “Azəryolservis”-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir. C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin edildikdən sonra isə onu  özü ilə bərabər dəmiryol sisteminə transfer edir.  

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib