Dərc edilib: 05-02-2016

https://www.nuh.az/7183-.html

Nazir 7 müşavirini işdən çıxartdı - SİYAHI

05.02.2016 11:23:44

Günün sitatı


Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı 2 dəfə azaldılıb.

"Report" xəbər verir ki, müşavirlərin sayı 13-dən 7-yə endirilib.Məlumata görə, müşavirlərin 7-si işdən azad olunaraq nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar. Bu, Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Müsavər Nəbiyevdir.Bundan başqa, F.Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Taryel Aydın oğlu Quliyev vergilər nazirinin müşaviri təyin edilib.  

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib