Dərc edilib: 10-02-2016

https://www.nuh.az/7207-.html

Vətəndaş hüquq mühafizə orqanlarının məsul şəxslərindən kömək istəyir

10.02.2016 13:46:54

Hadisə


Hüququ tapdalanan vətəndaşlar ümid yeri kimi mətbuata üz tuturlar.

Ölkə başçısı da son çıxışlarında belə məsələlərlə bağlı  mətbuatı  ona  kömək etməyə çağırmışdı.

Biz də NUH.az olaraq  vətəndaşlarımızın  müraciətlərini dərc etməklə problemin həllinə yardımçı olmağa çalışırıq.  

Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri                         Cənab Fikrət Məmmədova
Azərbaycan Respublikası Ali Məhkəmənin sədri, Məhkəmə Hüquq Şurasının üzvü                                            Cənab Ramiz Rzayevə
Azərbaycan Respbulikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə Hüquq Şurasının üzvü                                                                  Cənab Fuad Ələsgərova
“Hakim Abiyeva Kəmalə Nəbi qızının  qanunsuz və Konstitusiyaya zidd  hərəkətləri barədə”
Hüquqşünas B.A.Məlikov tərəfindən 
                                                                       M Ü R A C İ Ə T

 

Hörmətli Məhkəmə Hüquq Şurasının Sədri və üzvləri! N.Əliyev 2015-ci ildə DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.  İDDİA PREDMETİVətəndaş Nəcəf Əliyev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, aşağıdakılar barədə qərar çıxarılmasını xahiş etmişdir:- Yasamal rayon Məhkəməsinin 26.01.2012-xi il tarixli qətnaməsinin icrası zamanı Əliyev Nəcəf Firuz oğlunun A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanında birinci mərtəbədə yerləşən ümumi sahəyə dair mülkiyyət hüququnun ləğvi ilə əlaqədar cavabdehin hərəkətləri qanunsuz hesab edilsin. - DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Yasamal rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi icra edilərkən, qət edilmiş tələbdən kənara çıxılmaqla, Yasamal rayonu A.Şaiq küçəsi dalan 19, ev 5,6 ünvanındakı (Texniki pasport üzrə “A” tikilisi 21.06.2011-ci il tarixli Çıxarış üzrə “A” liter üzrə) ikimərtəbəli yaşayış evi olan mülkün birinci mərətəbəsində yerləşən ümumi sahəyə dair, dövlət reyestrində N.Əliyevin adınA  Çixarış bərpa edilsin.  - Əliyev Nəcəf Firuz oğlunun adına A.Şaiq küçəsi dalan 19, ev 5,6 ünvanındakı 1-ci mərtəbədə yerləşən 40,7 kv.metr ümumi sahəyə dair çıxarışın  verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilsin. 
Birinci instansiya məhkəməsi N.Əliyevin iddiasını təmin edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, N.Əliyevin adına çıxarışın bərpa edilməsini cavabdehə həvalə etmişdir. 
1-ci instansiya məhkəməsinin qərarı:1 saylı Bakı İnizbati-İqtisadi Məhkəməsi 03 oyul 2015-ci il tarixdə iddianı təmin edərək aşağıdakı məzmunda qərar qəbul etmişdir:
“İddia təmin edilsin.Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsinin icrası zamanı Əliyev Nəcəf Firuz oğlunun A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanında birinci mərtəbədə yerləşən ümumi sahəyə dair mülkiyyət hüququnun ləğvi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi icra edilərkən, qət edilmiş tələbdən kənara çıxılmaqla, Yasamal rayonu A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanındakı (Texniki pasport üzrə “A” tikilisi 21.06.2011-ci il tarixli Çixarış üzrə “A” liter üzrə) ikimərtəbəli yaşayış evi olan mülkün birinci mərtəbəsində yerləşən ümumi sahəyə dair dövlət reyestrində Əliyev Nəcəf Firuz oğlunun adına çıxarış bərpa edilsin.  Əliyev Nəcəf Firuz oğlunun adına Bakı şəhəri, A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanındakı 1-ci mərtəbədə yerləşən 40.7 kv.mert ümumi sahəyə dair çxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin  Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilsin.” Bakı Şəhər Ərazi İdarəsi 1-ci instansiya məhkəməsinin qərarından 25.08.2015-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, N.Əliyevın adında 43,0 kv.metr yaşayış sahəsi olduğundan, habelə məhkəmənin 26.01.2012-ci il tarixli qətnaməsində 2-ci mərtəbədəki 44 kv.metr ümumi sahə göstərilməsinə baxmayaraq, məhkəmə həmin qətnamədə 2-ci mərtəbədəki 44 kv.metr ümumi sahəni 3 otaqdan ibarət olmasını göstərmişdir. Bu baxımdan hesab edirlər ki, qətnaməni düzgün icra etmişlər. Ancaq Bakı Şəhəri Ərazi İdarəsi nəyə görə məhkəmənin 26.01.2012-ci tarixli qətnaməsində yalnız 2-ci mərtəbədə 44 kv.metr ümumi sahəyə dair hissədə dövlət reyestrindəki çıxarışı ləğv edib və bu hissədə N.Əliyevin adına verilmiş qeydiyyatın  ləğv edilməsinin cavabdehə həvalə edilməsinə baxmayaraq, cavabdeh 84,7 kv.metr ümumi sahənin bütövlükdə ləğv edilməsinin səbəblərinə izah verə bilməmişdir. Eyni zamanda 84,7 kv.metr sahə dövlət reyestrində bütövlükdə 02.11.2012-ci ildə  Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsinə əsasən  Z.Nağıyevin adına keçirilib. 
Bakı Apellyasiya Məhkəməsinin qərarıBakı Apellyasiya Məhkəməsinin hakimi K.Abiyeva 03.09.2015-ci il tarixdə cavabdehin apellyasiya şikayətini icraata qəbul edib 2-1(103)-1692/2015 saylı  işin baxılmasını əsassız uzatmış və nəticədə 19 yanvar 2016-cı il tarixdə əsassız və qanunsuz olaraq 1-ci instansiya məhkəməsinin qərarını ləğv etmişdir.
Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsini icra edərkən Bakı Şəhər Ərazi İdarəsi qətnamənin qət etdi hissəsində müəyyən edilmiş tələbdən kənara çıxıb!!!Yasamal Rayon Məhkəməsinin 26.01.2012-c il tarixli 2(004)-418/2012 saylı qətnaməsi üzrə iddiaçı vətəndaş Nağıyev Zaur Fətəli oğlu cavabdeh Əliyev Nəcəf Firuz oğlu olmuşdur. Yasamal Rayon Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində N.Əliyevin adına verilmiş MA 0226285 saylı çıxarışa istinad edilməklə öz qətnaməsini əsaslandırmışdır. Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi qanuni qüvvə almışdır. Qətnamə Azərbaycan Respublikası adındam çıxarılmaqla aşağıdakıları qət etmişdir:26.01.2012-ci il tarixli qətnamənin nəticə hissəsi:“Nağıyev Zaur Fətəli oğlunun Əliyeva Firəngiz Nəcəf qızına, Əliyev Nəcəf Firuz oğluna, 3-cü şəxslər 5 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə, Əbilova Gülxar Ənvər qızına, Stefan Aybəniz Binnət qızına, Namazov Elman Fərman oğluna, Musayeva Xalidə Yaşar qızına və Məmmədəliyeva Gülbəniz Mürşüd qızına qarşı bağışlama müqaviləsinin qismən ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. DiqqətƏliyeva Firəngiz Nəcəf qızı ilə Əliyev Nəcəf  Firuz oğlu arasında bağlanmış 07 fevral 2002-ci il tarixli bağışlama müqaviləsi qismən – Bakı şəhəri,  Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalandakı 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44 kv.metr olan 3 otaqlı, 2 şüşəbənd hamam və ayaqyolu tikililərinə dair hissədə ləğv edilsin.(Diqqət: cavabdeh yalnız  aşağıdakı bu hissədə qətnaməni icra etməli idi)Daşınmaz Əmlakın Dövlət Reyestrində Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalandakı 5(6) saylı evin ikinci mərətəbsində yerləşən ümumi sahəsi 44 kv.metr olan 3 otaq, 2 şüşəbənd hamam və ayaqyolu tikililərinə mülkiyyət hüquqna dair Əliyev Ncəcəf Firuz oğlunun adına qeydiyyat ləğv edilsin.”Qeyd: Qətnamə bu hissədə düzgün icra olunmayaraq, N.Əliyevin mülkiyyət hüquqları pozulub. Bu qətnamə əsasında Yasamal Rayon Məhkəməsinin 25.04.2012-ci il tarixli 2(004)-418/2012 saylı icra vərəqəsinə əsasən, Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Fuad Kərimov tərəfindən 26.04.2012-ci il tarixdə “icraata başlamaq haqqında”  qərar qəbul edilərək, Əliyeva Firəngiz Nəcəf qızı ilə Əliyev Nəcəf  Firuz oğlu arasında bağlanmış 07 fevral 2002-ci il tarixli bağışlama müqaviləsinin qismən – Bakı şəhəri,  Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalandakı 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44 kv.metr hissəyə dair N.F.Əliyevin adına verilmiş çıxarışın ləğv edilməsinin icra edilməsi cavabdeh Bakı Şəhər Ərazi İdarəsindən tələb edilmişdir.Lakin  DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qətnamə yanlış, qərəzli formada  icra edilmişdir. Baxmyaraq ki, məhəmə qətnaməsində konkret olaraq qeyd olunub ki, A.Şaiq küçəsi 19-cu dalandakı 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44 kv.metr olan 3 otaq, 2 şüşəbənd  hamam və ayaqyolu tikililərinə mülkiyyət hüququna dair Əliyev Nəcəf Firuz oğlunun adına qeydiyyat ləğv edilsin. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi məhkəmə qətnaməsindən kənara çıxaraq, həmin “A” tikilisində 1-ci mərtəbədə yerləşən 40,7 kv.metr sahəni də, yəni “A” tikilisində birinci və ikinci mərtəbədə yerləşən 84,7 kv.metr bütün sahələri 02 noyabr 2012-ci il tarixdə N.Əliyevin adından dövlət reyestrindən  çıxararaq, Z.Nağıyevin adına çıxarış əsasında keçirmişdir. Bakı Şəhər Ərazi İdarəsi öz hərəkətlərini Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqələndirmişdir.  Mübahisə predmeti olmuş mənzilə, yəni A.Şaiq küçəsi dalan 19, 5-6 saylı evə mülkiyyət hüquqlarına münasibətdə qüvvədə olan məhkəmə aktları, reyestrdən çıxarışlar başqa sözlə işin materiallarına əlavə edilmiş Faktiki hallara dair mövcud sübutlar barədə qısa məlumat; Yasamal Rayon Məhkəməsinin 06 iyul 2001-ci il tarixli 2-1053 saylı qətnaməsi ilə ərizəçi Əliyeva Firəngiz Nəcəf qızının Bakı şəhəri A.Şaiq küçəsi dalan 19, ev 5-6 saylı ev üzərinə mülkiyyət hüququ tanınmış və bu mülkə dair F.N.Əliyevaya qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Tİ və MHQİ-nə tapşırılmışdır. Məhkəmənin bu qətnaməsi 06.08.2001-ci ildə qanuni qüvvə almışdır. Qətnamə 04.09.2001-ci ildə cavabdeh təşkilat tərəfindən icra edilərək Əliyeva Firəngiz Nəcəf qızının adına həmin tarixdə FM 006357 nömrəli “Qeydiyyat vəsiqəsi” verilmişdir.  Əliyeva Firəngiz Nəcəf qızı məhkəmə qətnaməsi əsasında xüsusi mülkiyyətə qəbul etdiyi əmlakları 07 fevral 2002-ci ildə nəvəsi Əliyev Nəcəf Firuz oğluna bağışlamışdır.  Beləliklə, 2002-ci ildən sonra Bakı şəhəri, A.Şaiq küçəsi dalan 19,  5-6 saylı evin mülkiyyətçisi hazırki iş üzrə iddiaçı Əliyev Nəcəf Firuz oğlu olmuşdur. 24.03.2005-ci il tarixli qətnamə ilə müəyyən olunub: 2005-ci ildə maraqlı tərəf Nağıyev Fətəli Əzizoviç Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsinin 06.07.2001-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. AR Apellyasiya Məhkəməsinin 24.03.2005-ci il tarixli 1 MK-509/2005 saylı qətnaməsi ilə məhkəmə aşağıdakıları müəyyən etmişdir (bax:qət.əsaslandırıcı hissə səh.3,abz.5-8).- Fətəli Nağıyevin atası Ə.Ə.Nağıyev 1949-cu ildə A.Şaiq küçəsi 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.metr olan iki otağı 5 min 500 rubla satın almışdır. - Maraqlı şəxs F.Ə.Nağıyev tərəfindən sonradan həmin ünvanda əlavə tikinti işləri aparılmış və hazırda maraqlı şəxs F.Ə.Nağıyevin yaşadığı evin ümumi sahəsi 44,0 kv.metr olan 3 otaq, 2 şüşəbənd, hamam və ayaqyolundan ibarətdir (Diqqət: Bu məqama xüsusi diqqət yetirilməlidir. Çünki məhkəmə qətnaməsi ilə vətəndaşın əlavə tikililər etməklə 2-ci mərtəbədə ümumi sahəni 44 kv.metrə və otaqların sayının 3-ə çatdırılması müəyyən olunub, məhz bu sahəyə dair də həmin vətəndaşın mülkiyyət hüquqları tanınmışdır). 24 mart 2005-ci il tarixdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 1 mk-509/2005 saylı Qətnaməsi ilə aşağıdakılar qət edilmişdir.24.03.2005-ci il tarixli qətnamənin nəticə hissəsi:“Apellyasiya şikayəti qismən təmin olunsun, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 iyul 2001-ci il tarixli qətnaməsi qismən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalan 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44,0 kv.metr olan 3 otaq, 2 şüşəbənd, hamam və ayaqyoluna dair ərizəçi F.N.Əliyevanın mirası qəbul etməsi faktının müəyyən edilməsi və həmin tikililər üzərində mülkiyyət hüququnun tanınmasına aid hissədə ləğv edilsin, həmin hissədə ərizə əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia ərizəsi təmin olunsun, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalan 5(6) saylı ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44,0 kv.metr olan 3 otaq, 2 şüşəbənd, hamam və ayaqyoluna dair mərhum Ə.Ə.Nağıyevlə P.A.Qurbanov arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 19-cu dalan 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44,0 kv.metr olan  3 otaq, 2 şüşəbənd, hamam və ayaqyolu tikililərinə Nağıyev Fətəli Əzizoviçin mülkiyyət hüququ tanınsın, həmin hissəyə dair F.Ə.Nağıyevin adına qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Bakı şəhər Tİ və MHQ idarəsinin öhdəsinə  qoyulsun. Qalan hissədə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılsın.”
Diqqət yetririlməli olan və iş materiallarına əlavə edilməsi üçün cavabdeh tərəfindən təqdim olunmuş bu qətnamədən görünür ki, vətəndaşın 1949-cu ildə 2-ci mərtəbədə aldığı mənzilin ümumi sahəsi 28 kv.metr olmuş, sonradan isə əlavə artırmalar hesabına həmin ümumi sahənin həcmini 44 kv.metrə çatdırmaqla otaqların sayı 3 olmuşdur. Qətnamədən görünür ki, bütün bu artırmalar mübahisəli əmlakın 2-ci mərtəbəsi ilə əlaqədardır. Məhkəmə qətnaməsi ilə həmin vətəndaşın yalnız 2-ci mərtəbəyə münasibətdə mülkyyət hüququ tanınmışdır. 
Cavabdeh təşkilat, yəni reyestr orqanı AR Apellyasiya Məhkəməsinin 24.03.2005-ci il tarixli qətnaməsini icra etməmişdir. 15 avqust 2011-ci il tarixdə Bakı Şəhər Ərazi İdarəsi qətnamənin izah edilməsini Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnamənin izah edilməsindən 15.08.2011-ci il tarixdə 1MK-509/2005 saylı qərardad ilə imtina etmişdir.Mübahisə predmetinə (evə) dair N.Əliyevin adına Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Çıxarış” və “Texniki pasport” haqqındaBakı şəhəri A.Şaiq küçəsi 19-cu dalan, 5-6 saylı evin mülkiyyətçisi Əliyev Nəcəf Firuz oğlu keçən dövr ərzində (yəni 2002-2011-ci illərdə) özünə məxsus əmlakların bir qismini özgəninkiləşdirdikdən sonra, Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək 2011-ci il tarixə onun mülkiyyətində qalmış həmin ünvandakı mülkə -  fərdi yaşayış evinə dair 18 iyun 2011-ci il tarixdə “Daşınmaz əmlakın texniki pasportu” tərtib və təsdiq olunmaqla, 21 iyun 2011-ci il tarixdə dövlət reyestrindən 0226285 nömrəli çıxarış ona verilmişdir. Vətəndaş N.Əliyevin adına mülkiyyətin olmasına dair çıxarış verilməmişdən əvvəl, yəni 18.06.2011-ci il tarixdə Bakı Şəhər Ərazi İdarəsi qeyd olunan ünvanda yerləşən əmlaklara dair texniki sənəd olan daşınmaz əmlakın “Texniki Pasportunu” tərtib və təsdiq etmişdir. AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən vətəndaş Əliyev Nəcəf Firuz oğluna 21.06.2011-ci il tarixdə MA seriyalı 0226285 sayla dövlət reyestrindən çıxarış və texniki pasport verilərək, onun xüsusi mülkiyyətində A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanında yerləşən 2 mərtəbədən ibarət olan “A” tikilisində 43,4 kv.metr yaşayış sahəsi, 41,3 kv.metr yardımçı sahə, ümumi sahə isə 84,7 kv.metr olmaqla xüsusi mülkün sahibi olması təsdiqlənir. Dövlət orqanı tərəfindən 18.06.2011-ci il tarixdə təsdiq olunmuş texniki pasportdan və 21.06.2011-ci il tarixli çıxarışdan görünür ki, A.Şaiq küçəsi dalan 19 ev 5,6 üç tikilidən – “A”, “B” və “C” tikililərindən ibarət olmuşdur. Təsdiq olunmuş texniki pasportdan və onun əsasında dövlətin adından 21.06.2011-ci il tarixdə verilmiş MA seriyalı 0226285 saylı çıxarışdan görünür ki, qeyd olunan üç tikilidən ikisi “B” və “C” tikililəri bir mərtəbəli binalar olub. Bu tikililərdən yalnız “A” tikilisi iki mərtəbəli olmuşdur. “A” tikilisi iki mərtəbədən ibarət olmaqla bu tikilidə yaşayış sahəsi 43,4 kv.metr və yardımçı sahə 41,3 kv.metr olmaqla, ümumi sahə 84,7 kv.metrdən ibarət olmuşdur. Hansı ki, məhkəmənin baxdığı iş materiallarına əlavə edilmiş 2005-ci və 2012-ci il tarixli qətnamələri ilə də bu faktlar təsdiq olunur. N.Əliyevin adına qeyd olunan ünvana dair texniki pasport və 21.06.2011-ci ildə dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, “B” və “C” tikililərinin payçıları (mülkiyyətçiləri) başqa-başqa vətəndaşlar olmaqla və bunlara məxsus mənzil və yardımçı sahələrin həcmləri də “A” tikilisindən fərqli olmaqla, həmin mülkiyyətçilərin sahələri ilə N.Əliyevin sahəsinin tamamilə bir-birinə qarışacağı yoxdur. Yuxarıda qeyd etdiyim kimi Bakı Şəhər Ərazi İdarəsi AR Apellyasiya Məhkəməsinin 24.03.2005-ci il tarixli qətnaməsini yanvar 2012-c il ilə qədər icra etməmişdir. Ünvandakı evin mülkiyyətçiləri (payçıları) çox olduğu səbəbindən, qətnaməni icra edərkən hansı mülkiyyətçiyə məxsus 44 kv.metr ümumi sahəni ləğv edib, Nağıyev Fətəli Əzizoviçin adına çıxarış verilməsini cavabdeh mümkünsüz hesab etmişdir. 12 aprel 2011-ci ildə Fətəli Nağıyev vəfat etdiyi üçün, onun qanun üzrə vərəsəsi Nağıyev Zaur Fətəli oğlu Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 26.01.2012-c il tarixli 2(004)-418/2012 saylı qətnaməsi üzrə iddiaçı vətəndaş Nağıyev Zaur Fətəli oğlu cavabdeh Əliyev Nəcəf Firuz oğlu olmuş və bu qanuni qüvvə almış məhkəmə qətnaməsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən düzgün icra olunmaması ilə əlaqədar  N.Əliyev məhkəməyə iddia ərizəsi vermişdir. 
Yasamal Rayon Məhkəməsinin qeyd olunan                                                           26.01.2012-ci il tarixli qətnaməsini                                                                                              Bakı Şəhər Ərazi İdarəsi 02.11.2012-ci il tarixdə                                                                        aşağıdakı formada icra edib.Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi Bakı Şəhər Ərazi İdarəsi tərəfindən icra edilərək, Əliyev Nəcəf Firuz oğlunun adına 21.06.2011-ci il tarixdə dövlət reyestrində aparılmış qeyd tam ləğv edilmişdir. Nəcəf Əliyevin adına dövlət reyestrində qeydə alınmış 43,4 kv.metr yaşayış sahəsi, 41,3 kv.metr yardımçı sahə olmaqla, ümumi sahəsi 84,7 kv.metr olan mənzil sahəsi bütövlükdə ləğv edilərək, 02 noyabr 2012-ci il tarixdə eyni ölçülərdə, yəni 84,7 kv.metr ümumi sahə tam həcmdə dövlət reyestrində Nağıyev Zaur Fətəli oğlunun mülkyyətinə keçirilmişdir. Bununla da iş materiallarına əlavə edilmiş AR Apellyasiya Məhkəməsinin yuxarıda izah etdiyim 24.03.2005-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallara və 26.01.2012-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tələblərinə zidd olaraq – qətnamənin icrası zamanı cavabdeh ləğv edilməsi qət edilmiş tələbdən kənara çıxmaqla, N.Əliyevin mülkiyyət hüquqlarını pozmaqla, dövlət reyestrində onun adına əmlak kimi qeydə alınmış bütün sahəni onun adından çıxarmış və eyni ölçüdə sahə Z.F.Nağıyevin adına keçirilmişdir. Bununla əlaqədar yuxarıda N.Əliyevin iddia tələbində və 1-ci instansiya məhkəməsinin qərarında ətraflı qeyd olunub. Bu iddia ilə əlaqədar məhkəmə qərarları barədə yuxarıda qeyd etmişik. 
Bakı Apellyasiya Məhkəməsinin hakimi K.Abiyevanın işin faktiki hallarını nzərə almaması və işin hüquqi əsasları barədə.
Görəsən birinci instansiya məhkəmələrində obyektivliyi ilə müəyyən qədər seçilən bəzi hakimlər yuxarı instansiya məhkəməsinə  təyinat alandan sonra AR Konstitusiyası və qanunları ilə müəyyən olunmuş normalardan kənara çıxmalarının səbələri və 1-ci instansiya məhkəmələrinin qanuni qərarlarını əsassız ləğv edən yuxarı instansiya məhkəməsinin hakiminin arxayınlığı nədən irəli gəlir! Nəyə görə 1-ci instansiya məhkəmələrinin üzərinə bir növ nəzarət edən yuxarı instansiya məhkəməsinin bəzi hakimləri qanunsuz və əsassız qərar qəbul etməkdən  çəkinmirlər!!! Arxayınlıq nə ilə əlaqədardır...  Mübahisəli iş üzrə icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva 11.11.2015-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinə sorğu  təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi dalan 19, ev 5-6 ünvanları üzrə kompensasiya ödənilmiş şəxslər barədə məlumat təqdim etməyi Yasamal Rayon İH-dən xahiş etmişdir. Hakimin belə bir sorğu təqdim etməkdə marağı və məqsədi nədən ibarət olmuşdur? Hakimin İcra Hakimiyyətinə ünvanladığı bu sualın mübahisəli məsələyə aidiyyəti nədir?! Yuxarıda məhkəməyə iddia ərizəsi təqdim etmiş N.Əliyevin xahişi tam qeyd olunmuş və 1-ci instansiya məhkəməsi də iddia predmeti həddində işə baxaraq iddianı təmin etmişdir. Hakim bilir ki, Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi əsasında iddiaçıya məxsus əmlaka dair mülkiyyət hüququ yalnız 2-ci mərtəbədə yerləşən 44.kv.metr ümumi sahə hissəsində ləğv olunduğundan və AR Konstitusiyasının 29-cu maddəsinə görə məhkəmənin qərarı olmadan heç kim mülkiyyətindən mərhum oluna bilməz. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 24.03.2005-ci il tarixli qətnaməsi əsasında vətəndaş Nağıyevin xeyrinə qəbul edilmiş qərarın əsaslandırıcı və nəticə hissəsini Bakı Apellyasiya Məhkəməsinin hakimi K.Abiyevanın bilə-bilə nəzərə almaması qüvvədə olan məhkəmə aktlarına hakimin etinasızlığıdır, yoxsa hakim  hesab edir ki, AR Apellyasiya Məhkəməsi ləğv olunduğu üçün, onun qəbul etdiyi qətnaməni sübut növü kimi nəzərə almamaqda haqlıdır! Məhkəmə qətnaməsinə eyni hörmətzisliyi 2005-2012-ci illərdə Bakı Şəhər Ərazi İdarəsi də nümayiş etdirmişdi. Bakı Apellyasiya Məhkəməsinin hakimi 1-ci instansiya məhkəməsinin qanuni qərarını ləğv edərkən, görəsən Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasının adından çıxarıldığını, həmin qətnamədən zamanında Bakı Şəhər Ərazi İdarəsinin şikayət verməməsini və AR Konstitusiyasının 129-cu maddəsinə görə qətnamənin icrası məcburi olduğunu bildiyi halda, hakim K.Abiyevanın 11 noyabr 2015-ci il tarixdə iddia predmetinə aid olmayan məsələlər barədə Yasamal RİH-nə sorğu göndərib araşdırmaqda məqsədi nə olmuşdur! Vətəndaşın mülkiyyət hüquqları dövlət tərəfindən qorunduğu halda, cavabdehin açıq-aşkar məhkəmənin 26.01.2012-ci il tarixli qətnaməsindən kənara çıxıb, vətəndaşın həmin ünvandakı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 40,7 kv.metr sahəyə dair mülkiyyət hüququ məhkəmə və digər orqanlar tərəfindən ləğv olunmadığı halda, hakimin qüvvədə olan məhkəmə qətnamələrinə və N.Əliyevin adına Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq qaydada təsdiq olunmuş formada verdiyi texniki pasportu, reyestrdən çıxarışı nəzərə almaq istəməməsi anlaşılan deyil. Hakimin iş materiallarında olan məhkəmə aktlarını və texniki sənədləri nəzərə almadan Yasamal RİH vasitəsi ilə həmin ünvana görə kompensasiya verilmiş şəxslərin axtarışı üçün İcra Hakimiyyətinə sorğu təqdim etməsində məqsədi aydın deyildir. Vətəndaşın mülkiyyət hüququ cavabdeh tərəfindən pozulub. Məhkəmə qətnaməsində göstərilənlərdən bilə-bilə kənaraçıxma hallarına hakim qiymət verməkdən yayınır, lakin kompensasiyanın kimə verilməsi ilə maraqlanır.  Odur ki, yuxarı instansiya məhkəməsinin hakimindən Məhkəmə Hüquq Şurası, Ali Məhkəmə və sair səlahiyyətli şəxslər 1-ci instansiya məhkəmələrinin qanuni və obyektiv qərarlarını ləğv edən hakimdən izahat tələb etməsələr çətin ki, yalnız kassasiya şikayətləri verməklə məsələnin düzəlməsinə dövlət başçımızın Cənab İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışında söylədiyi aşağıdakı fikirlərin icrasına nail olmaq olar: “Məhkəmələrin qərarları ədalətli olmalıdır. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları korrupsiyaya qarşı, rüzvətxorluğa qarşı, ədalətsizliyə qarşı mübarizəni həyata keçirə bilər. Dövət məmurları tərəfindən sahibkarların əllərindən əmlakları alınaraq, külli miqdarda onlardan rüşvət alınıb. Buna heç rüşvət də demək olmaz! Reketlik edilib. Sahibkarların əllərindən əmlakları hədə-qorxu ilə, reketlik edilərək alınıb! Yalnız ədalətli məhkəmə sistemi bu faktlara düzgün hüquqi qiymət verməlidir." Hakim 1-ci instansiya məhkəməsinin qərarını əsassız ləğv edərkən, iş materiallarına əlavə edilmiş yuxarıda ətraflı izah edilən məhkəmə qətnamələrini və reyestr orqanının özləri tərəfindən verilmiş sənədləri nəzərə almadan, hakimin kompensasiya almış şəxslərlə maraqlanması, onlar barədə axtarışa çıxması, lakin  vətəndaşın pozulmuş mülkiyyət hüququndan irəli gələn məsələlərə əhəmiyyət verməməsi dözülməz haldır. Məsələyə hüquqi yanaşma yox, subyektiv formada düşünülmüş hər hansı formada yanaşma düzgün deyil. 
AR Konstiusiyasının 13-cü maddəsinin 1-ci bəndində yazılır: “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.”Konstitusiyanın 29-cu maddəsinin IV bəndində  yazılır:“Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.”Konstitusiyanın 129-cu maddəsinin 1-ci bəndində yazılır: “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.” AR MPM-nin 15-ci maddəsində yazılır:15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir.15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Təəssüf doğuran hal ondan ibarətdir ki, məhkəmə qətnaməsi cavabdeh tərəfindən bilə-bilə yanlış icra edilməklə, vətəndaş N.Əliyevin konstitusion hüquqlarının pozulduğu tam sübuta yetirildiyi üçün 1-ci instansiya məhkəməsi qanuni qərar qəbul edir. Lakin Apellyasiya Məhkəməsi heç bir dövlət marağı olmadan, dövlətin qanunlarını açıq formada pozur. AR CM-nin 306-cı maddəsinə görə məhkəmənin qərarını qərəzli icra etməyən şəxslər üçün məsuliyyət nəzərdə tutulmuşdur. Sual olunur məhkəmə qərarını düzgün icra etməyən şəxslər bu qanun normasının təsir altına düşməlidirlərmi? Yaxud ölkə Başçımızın çağırışına səs verərək qanunsuz qərar qəbul edən şəxslərin, yəni bəzi hakimlərin hərəkətlərinə göz yummağa son qoyulmalıdırmi. Hesab edirəm ki, Məhkəmə Hüquq Şurası şikayət edən tərəfə kassasiya şikayəti vermək hüququnu izah etməklə kifayətlənməməlidir. Hakimin açıq-aşkar qanunsuz qəbul etdiyi qərarın Məhkəmə Hüquq Şurasının müzakirəsinə çıxarıldığı hallarda, bəlkə digərləri bu hərəkətlərə yol verməyəcəklər. Hazırda belə bir acı  təcrübə formalaşıb – hakimin qanunsuz qərarına görə, həmin hakimdən heç kim, heç nə soruşmur! Nəticədə ədalətli qərar daha çox 1-ci instansiya məhkəmələrində çıxarılır, nəinki aplleyasiya instansiyası məhkəmələrində. Apellyasiya Məhkəməsinin bəzi hakimləri də 1-ci instansiya məhkəməsinin qanuni qərarını əsassız olaraq ləğv edir. Çünki bu halda hakim heç bir intizam məsuliyyətinə cəlb olunmur. Məhkəmə qətnamələrinin bilə-bilə düzgün icra edilmədən vətəndaşın Konstitusiya ilə qorunan mülkiyyət hüquqları pozulur. Yuxarıda göstərilənləri, habelə məhkəmə qətnamələrini olduğu kimi nəzərinizə çatdırmaqda məqsədim ondan ibarətdir ki, qanunsuz və ədalətiz qərarın şahidi olasınız. Konstitusiyamıza hər kəsin hörmət etməsi əsas kimi götürülməlidir. Çünki Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir. Bəzən dövlətimizin adından qanunu pozaraq qanunsuz qərar qəbul edən hakimlərin qərəzli qərarları ilə əlaqədar vətəndaşa söz tapıb izah vermək olmur. Bu qanusuz qərardan kassasiya şikayəti veriləcəkdir. Lakin Konstitusiya və qanunların açıq şəkildə pozulmasının qarşısını almaqdan ötrü hakim K.Abiyeva və başqaları barədə tədbir görməyi Sizdən xahiş edirəm. 
Qeyd: N.Əliyevin qeydiyyatda olduğu ünvan söküldüyü səbəbindən, əlaqə saxlanılması üçün nümayəndənin ünvan və telefon nömrəsi təqdim olunur. 
Qoşma: Müraciətdə istinad olunan sənədlərin surətləri ____ vərəqə

İmza: B.A.Məlikov                                Tel: (050) 321-62-85                        Ünvan: Xətai ray., H.Aslanov qəs., R.Hüseynov küç., 3-cü döngə, ev 8  İmza: Əliyev Nəcəf Firuz oğlu 



    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib