Dərc edilib: 10-02-2016

https://www.nuh.az/7209-.html

16 saylı xəstəxana ilə bağlı yazılanlar öz təsdiqini tapmadı

10.02.2016 15:40:29

Hadisə

Cilov  qəsəbəsində yerləşən  16  saylı xəstəxananın  baş həkimi  Vaqif  Nuriyevlə bağlı  son günlər  mətbuatda dərc olunan məqalə ilə bağlı  NUH.az  saytı olaraq araşdırma apardıq. 

Xatırlatma üçün bildirək ki, yayılan xəbərdə  baş həkimin  özü  üçün tikdirdiyi evin  guya xəstəxanaya ayrılmış materiallarla tikdirdiyi, guya qohumlarını işə götürdüyü qeyd olunurdu. Əməkdaşımızın apardığı araşdırma zamanı  deyilənlər öz   təsdiqini  tapmayıb. Belə ki baş həkim əməkdaşımıza bildirib ki, ailəsi üçün  tikilən  mənzili  öz halal əmək haqqı ilə tikdirib. Baş həkim onu da bildirb ki,  mənim hansısa ixtisaslı həkim olan qohumumun  16 saylı xəstəxanada çalışmasına  mən nə üçün  mane olmalıyam..? Bunu hansı qanun tələb edir..? Apardığımız  söhbət zamanı o da bəlli oldu ki, baş həkim  qəsəbədə böyük  hörmət sahibidir, insanlara qayğı ilə yanaşır  və  yazılanlar  şantaj xarakterlidir. Baş həkimlə bağlı dərc olunan  digər  məqamlar da  araşdırma zamanı  təsdiq olumadı. 

     NUH.az 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib