Dərc edilib: 11-02-2016

https://www.nuh.az/7213-.html

37-ci PB Xətai klinikasında dava salan şəxsin kimliyini niyə gizlədir?

11.02.2016 11:38:43

Hadisə

   

 

NUH.az-ın 05 fevral  tarixdə dərc etdiyi  araşdırmadan bəlli olurdu ki, bir gün əvvəl axşam saat 19-00 radələrində  Xətai Estetik Klinikasına  içkili vəziyyətdə gələn bələdiyyə sədri orada dava salaraq klinikanın əməkdaşlarını təhqir edib və  oradakı əşyaları sındırıb. Bələdiyyə sədrinin köməyinə gələn  sürücüsü də içkili vəziyyətdə olub.

Bütün bunları  kilinikanın baş meneceri  Talıb  Vəliyev əməkdaşımızla telefon söhbətində təsdiq elədi: “ Həmin şəxs içkili  vəziyyətdə klinikaya daxil olub və güldanları sındırıb. Polis çağırdıq  onu 37-ci bölməyə apardılar”.

Biz dəfələrlə  Xətai RPİ-nin 37-ci Polis Bölməsinə zəng edərək  dava salan bələdiyyə sədrinin kimliyi ilə maraqlansaq da  özünü rəsi müavini kimi təqdim edən  Rəşad  Quliyev  sualımıza  5-10  dəqiqədən sonra cavab verəcəyini dedi. Və o sonradan zənglərimizə cavab vermədi.

Biz də məcbur olub DİN-in sözçüsü Orxan Mansurzadəyə telefon açdıq. Cənab sözçü də  sualımıza  konkret cavab vermədi.

Biz məcbur olub özümüz araşdırma  aparmalı olduq. Bəlli oldu ki, bələdiyyə sədrinin xanımı  Aynurə Sulduz qızı həmin klinikada əməliyyat olunurmuş. İçkili olan bələdiyyə sədri  yuxarı qalxmaq istəyəndə mühafizəşilər haqlı olaraq  ona icazə verməyiblər.  

37-ci polis bölməsindəki   “bazarlıq”dan sonra dava salan şəxs  və sürücüsü  sərbəst buraxılıb.

Biz hörmətli cənab nazir  Ramil Usubovdan soruşuruq ki, 37-ci polis bölməsi  ictimai asayişi pozan, dava salan, vəzifəli şəxsin kimliyini niyə gizlədir? Bəlkə dövlət sirridir..?

 

  NUH.az  

NUH informasiya agentliyi səhifəsindən çap edilib