Dərc edilib: 19-02-2016

https://www.nuh.az/7248-.html

Avtovağzal yolu yenidən çökdü - Sürücülər təhlükədə

19.02.2016 11:34:11

Günün sitatı

 

Bakı-Sumqayıt şosesinin Beynəlxalq Avtovağzal kompleksinə yaxın hissəsində yol yenidən çöküb.

 

Yağan yağış və avtomobillərin yolun çökən hissəsində intensiv hərəkəti nəticəsində çat daha da böyüyüb. Yolun bir hissəsinin deformasiyaya uğraması nəticəsində qəza şəariti yaranıb. Musavat.com bildirir ki, bu yolda bir neçə ay öncə baş verən sürüşmə nəticəsində yolda çat yaranmış və ərazidə təmir-bərkitmə işləri aparılmışdı. Lakin hazırda yolun bir hissəsi yenidən təxminən 10 santimetr qalınlığında çöküb və çatın uzunluğu 10 metrə çatıb. Sürücülər nəqliyyatın intensiv hərəkət etdiyi yolda hər an qəza təhlükəsi ilə üz-üzədir. İri çatların üzərindən yüksək sürətlə hərəkət edən avtomobillərin hərəkəti məhdudlaşdırılmadığı üçün, çatın üzərindən keçən avtomobillərin bir tərəfi çökən yolun yuxarı hissəsinə, bir tərəfi isə aşağı hissəsinə düşür və aşma təhlükəsi yaşanır. Bundan əlavə, yolun kənarı, əvvəllər sərnişin dayanacağı olan hissə, təmir işləri adı ilə hasara alınsa da, orada da çatlar dərinləşir. Çökmənin qarşısını almaq üçün tikilən beton sədd də sürüşmənin təsiri ilə qabarıb və əyilib. İntensiv yağışlar yağsa, sürüşmə aktivləşsə, bu səddin uçması da an məsələsidir. Onu da qeyd edək ki, yolun əsas qəzalı hissəsindən bir qədər irəlidə də yeni çatlar yaranıb. Təəccüb doğuran məqam odur ki, yetkili qurumlardan heç biri yolun bu hissəsində hərəkətin məhdudlaşdırılmasını həyata keçirmir.

 

     NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib