Dərc edilib: 19-02-2016

https://www.nuh.az/7249-.html

Heydər Əsədov ərzaq məhsulları ilə bağlı TAPŞIRIQLAR verdi

19.02.2016 11:45:54

İqtisadiyyat

 

“Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən yarmarkalar həmişəki kimi iki gün yox, bir neçə gün davam edəcək”.

 

Bu haqda Modern.az saytına Kənd Təsərrütafı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.O qeyd edib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakının 5 rayonunda- Səbail, Suraxanı, Binəqədi, Nərimanov, Xətai rayonları və Sumqayıt şəhərində 2 ünvanda yarmarkalar təşkil olunur:“Eyni zamanda, respublikanın bütün bölgələrində hər şənbə və bazar günləri yarmarkalar təşkil edilir. Novruz bayramı ərəfəsində Bakı şəhər əhalisinin ərzaq məhsullarına olan tələbatını dolğun şəkildə ödəmək məqsədilə daha çox miqdarda və çeşiddə məhsullar satışa çıxaracağıq.Bayram ərəfəsində bununla əlaqədar olaraq nazir Heydər Əsədovun göstərişilə yaradılan işçi qrupları yarmarkalara təhkim olunacaq. Nazirliyin nəzdində fəaliyyət göstərən qurumlar, xüsusilə Dövlət Fitosanitar Nəzarət Xidməti və Dövlət Baytarlıq Xidməti həmin günlərdə gücləndirilmiş iş rejimində çalışacaq.Eyni zamanda yarmarka keçiriləcək günlərin sayı da artırılacaq. Hansı günlərdə olacaq, bu barədə geniş məlumat verəcəyik”.M.Hacıyev bildirib ki, həmçinin yarmarkaların daha çox ünvanda keçirilməsi planlaşdırılır:“Nazirlik marağındadır ki, yarmarka keçirilən ünvanların sayı artırılsın. Hazırda Nəsimi və Yasamal rayon İcra hakimiyyətləri ilə danışıqlar aparılır. Münasib, əlverişli yerlər müəyyənləşəndən sonra həmin rayonlarda da yarmarkalar təşkil ediləcək. Çalışırıq ki, seçilən ünvanlar daha sıx və daha çox aztəminatlı insanların yaşadığı yerlər olsun ki, onlar bundan bəhrələnə bilsinlər”.Gülşən RAUFQIZINUH.az 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib