Dərc edilib: 22-02-2016

https://www.nuh.az/7255-.html

Akif Çovdarovun etnik mənsubiyyəti ciddi araşdırılır...

22.02.2016 12:47:27

Cəmiyyət

 

 Bir    müddət   əvvəl  fb  satusumda  Ermənistandan, Gürcüstandan, Dağıstandan  və digər  ölkələrdən gəlib  Azərbaycanda yüksək dövlət  vəzifəsi  tutan  məmurların  şəcərəsinin ciddi araşdılımasını  diqqətə  çəkmişdim.  Söhbət ölkəmizə  pənah  gətirən yüz minlərlə doğma soydaşlarımızdan  getmir, bir neçə  mühüm dövlət məmurundan gedir.

Mən, ümumiyyətlə, siyasi baxımdan  etnik millətçi deyiləm və problemlərin kökünü  dini, etnik, regional  mənsubiyyətdə axtarmıram, daha çox naqis  siyasi idarəetmədə görürəm. Amma buna  baxmayaraq,  yuxarıda dediyim məsələdə  çox diqqətli  və ehtiyatlı olmalıyıq.   

NUH.az -a  daxil olan məlumata görə,  MTN  generalı   Akif Çovdarovun  etnik mənşəyi ilə bağlı  ortaya  maraqlı  faktlar  çıxıb.  Və bu məsələ hazırda  dövlət orqanları tərəfindən ciddi  araşdırılır.  

Bir daha təkrar edirəm  ki,  mənim  məqsədim  hansısa personaya qara yaxmaq deyil, dövlətimizin maraqlarını qorumaqdır.

Məsələ ilə bağlı maraqlı tərəflərin mövqeyini dərc  etməyə hazırıq.

 

                        NUH.az-ın baş redaktoru   Kamran Məhərrəmli  

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib