Dərc edilib: 24-02-2016

https://www.nuh.az/7261-.html

Azərbaycanla İran arasında tarixi müqavilə imzalandı...

24.02.2016 16:16:20

Günün sitatı


Moderator.az xəbər verir ki, ötən gün prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 11 sənəd imzalanıb.

Onlardan biri də dəmir yolu sahəsində gözlənilən müqavilədir. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə” imzalanıb.Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, Dəmir Yolları Şirkətinin baş direktoru Möhsün Purseyid Ağayi imzalayıblar.  

 

     NUH.az  

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib