Dərc edilib: 26-02-2016

https://www.nuh.az/7269-.html

Salyanın icra başçısı dəyişdirilir…

26.02.2016 13:25:46

Cəmiyyət


“Salyandan Prezident Administrasiyasına göndərilən şikayətlərin sayı xeyli artıb. İşsiz, problemlər içində yaşayan şəhər və kənd sakinlərini nə dinləyən var, nə də onların probleminin həllinə çalışan. Vətəndaşlar və sahibkarlar hər gün ölkə başçısına rayondakı acınacaqlı vəziyyətlə bağlı müraciər ünvanlayırlar”.

Etibarlı mənbələrdən bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, Tahir Kərimov rayona nəzarəti itirib. Yaxın vaxtlarda Salyanın icra başçısı postunu da itirəcəyini bilən T.Kərimov vaxt udmaqla məşğuldur.Mənbə bilririr ki, paytaxt rayonlarından birinə icra başçısı təyinatı üçün çalışan Kərimov heç bir müsbət cavab almayıb. Salyana kimin icra başçısı təyin olunmasına gəlincə bu məsələ bir qədər müəmmalıdır. Kərimov çalışır ki, özünə yaxın adamlardan birini Salyana icra başçısı təyin etdirsin. Amma buna da nail ola bilmir. Qeyd olunur ki, Salyana yeni icra başçısı yaxın rayonlardan birinin başçısı göndəriləcək… Bizimxeber.az

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib