Dərc edilib: 01-03-2016

https://www.nuh.az/7276-.html

Neftçalada bələdiyyə sədri döyüldü

01.03.2016 14:17:00

Cəmiyyət

 

Son   vaxtlar  Neftçala  rayonunda baş verənlər  NUH.az-ın diqqət mərkəzindədir. 

Saytımıza  daxil olan məlumata görə, şəhər icra nümayəndəsi  olan xanımın əri  Əbdülzəim bəy  Neftçala şəhərində ÇAY EVİ işlədir.  Əlbəttə, hər bir şəxsin sahibkarlıqla məşğul olmaq, biznes qurmaq hüququ var, o cümlədən  Əbdüləzim  bəyin.     Amma NUH.az-a  daxil olan məlumatdan bəlli olur ki,  bir neçə gün əvvəl  ÇAY EVİ-nin sahibi  öz  vəzifəli  xanımına arxayın olaraq  keçmiş bələdiyyə sədri  Ağayar Dadaşovu əməlli-başlı əzişdiirb. Sözün düzü, səbəbkarın kim olduğunu dəqiq bilmirik. Ancaq  bu “qanlı olaya”  icra başçısı  İsmayıl  Vəliyevin münasibəti  necədir..? Rayonda kimlər stabilliyi pozur..?  Bəs icra başçısı  hara baxır..? Bu suallara   cavab tapmaq üçün  icra hakimiyyətinə zəng etsək də  cavab verən olmadı.Qarşı tərəfin mövqeyini  dərc etməyə hazırıq. 

 

      NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib