Dərc edilib: 01-03-2016

https://www.nuh.az/7294-.html

Qobustan şəhər sakinləri aksiyaya hazırlaşır

01.03.2016 17:36:02

Cəmiyyət

Qobustan  rayonunun  mərkəzi  Qobustan şəhərinin ( keçmiş  Nərimankənd  qəsəbəsi )  sakinləri   icra hakimiyyətinin qarşısında mitinq keçirməyə hazırlaşır.

NUH.az-a  məlumat verən  sakinlərdən birinin dediyinə görə, icra hakimiyyəti orqanları  vətəndaşların pay torpaqlarını  Bakı və digər şəhərlərdən gələn şəxslərə satıblar. Bu isə ciddi  narazılığa  səbəb olub. Ona görə də şəhər   sakinləri  etiraz aksiyası keçirməyə hazırlaşırlar. İş  gününün sonu olduğu üçün  Qobustan RİH  ilə saxlaya bilmədik.

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib