Dərc edilib: 02-03-2016

https://www.nuh.az/7301-.html

“Royalbank” əmanətçilərinin müdafiə komitəsi yaradıldı

02.03.2016 16:25:24

İqtisadiyyat

 

 Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə  lisenziyası ləğv edilən  “Royalbank”  ASC-nin  əmanətçiləri  bu gün  bir araya gələrək  Əmanətçilərin Hüquqlarının Müdafiə Komitəsini  yaradıblar.

Komitədən  NUH.az –a daxil olan məlumata görə, Müdafiə Komitəsinə  Əli Ağamalıyev ( 050- 363- 03 – 83 ),  Azər Həsənov (  070- 596 - 42 -  87 )  və  Sahmirov Səyavuş  ( 051- 516 – 83 – 78 ) daxildir.

Məlumat üçün bildirək ki, bank ləğv olunanda  Mərkəzi Bankın  sədri Elman Rüstəmov əmanətçilərə pullarının qaytarılacağını  vəd vermişdi. Ancaq bu günədək bankın yüzlərlə  əmanətçiləri  pullarını geri ala bilmirlər.

Müdafiə Komitəsi yaxın günlərdə ölkə başçısı hörmətli   İlham Əliyev cənablarına müraciət edəcək.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib