Dərc edilib: 12-03-2016

https://www.nuh.az/7307-.html

Prezidentin etibarını kim itirib: Mahmud Quliyev, yoxsa Əli Həsənov..?

12.03.2016 12:07:44

Siyasət

 

 Martın 3-də Laçın və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad edildilər.

Bunu  adi xəbər kimi qarşıladım. Həm də nəzərə almaq lazımdır ki, icra başçılarını vəzifəyə təyin etmək  və görəvdən uzaqlaşldrlmaq  ölkə başçısının müstəsna səlahiyyətində olan  məsələdir, yəni müzakirə mövzusu deyil. 

Ancaq  Cəbrayılın  vəzifədən azad edilən icra başçısı Mahmud  Quliyevin prezidentin  sərəncamına münasibəti  məni xeyli düşündürdü. Müxbirin “Bundan sonra nə işlə məşğul olacaqsınız”  sualına 63 yaşlı, ailəli, övlad-nəvə sahibi olan  16  ilin icra başçısı  ironik  şəkildə, məzə  formasında  cavab verir: “ Gedib evlənəcəm”.

 

Təkcə bu cümlə ölkədəki  idarəçiliyin nə  yerdə olduğunu göstərir. Deməli, bu adam bilir ki, onu əməllərinə görə heç bir cəza-filan gözləmir...əksinə qarşıda bal ayı var...yığdığı milyonları rahat xərcləmək var və s...Ona görə də  tam  arxayındır  və məzələnir.

 

Əlbəttə, hər bir şəxsin, o cümlədən Mahmud Quliuyevin istənilən yaşda evlənmək və boşanmaq hüququ var. Amma belə bir qeyri-ciddi adamın, hətta ölkə başçısının sərəncamına belə  qeyri-ciddi yanaşmasının səbəbi  nədir..?

Belə bir qeyri-ciddi, kəntöy, söyüşkən  kənd kino-mexaniki  necə olub  Prezidentin etibarını qazanıb..?

Bəli, məhz Prezidentin etibarını...

Çünki  Prezident Administrasiyası rəhbərinin müavini  Zeynal Nağdəliyev  dünən bildirb ki, “Vəzifədən azad  olunan icra başçıları Prezidentin etibarını itirmişlər”.

Deməli, Prezidentin nə vaxtsa  Mahmud Quliyevə etibarı var imiş....

 

Ortaya  sual çıxa bilər ki, Prezident  Mahmud Quliyevi haradan tanıyırdı..?

 

Məlumdur ki, rayon icra başçıları bir neçə iri məmurun kuratsiyasındadır. Mən bunu Azərbaycan reallığında  təbii qəbul edirəm. Amma kuratsiyada olmaq o demək deyil ki, kafe müdirini, çınqıl satanı, kinomexaniki, saxta yolla ali təhsil diplomu alan şəxsləri ölkə başçısına təqdim etmək olar...

Vəzifən azad edilən icra başçısı  Mahmud  Quliyevin təqdimatını   “Qaçqınkom”  Əli Həsənovun verdiyi bəllidir.

Ona görə də, ortaya haqlı sual çıxır: Prezidentin etibarını kim itirib?

Mahmud Quliyev, yoxsa Əli Həsənov..?

 

NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli 


NUH informasiya agentliyi səhifəsindən çap edilib