Dərc edilib: 06-03-2016

https://www.nuh.az/7321-.html

Rövnəq Abdullayevdən maraqlı lətifə

06.03.2016 18:07:39

İqtisadiyyat

Azərbaycan neft hasilatının "dondurulmasına" razılıq verdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində «dondurulması» təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirib.

Xatırladaq ki, bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak ümid etdiyini bildirmişdi ki, Azərbaycan və Qazaxıstan neft hasilatının «dondurulması» təşəbbüsünə qoşulacaq və OPEK üzvü olan və olmayan neft hasil edən ölkələrin yaxın günlərdə keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcəklər. 

 

NUH.az-ın münasibəti:

 

Görəsən, hörmətli Rövnəq Abdullayevin neft hasilatını "dondurmamaq" imkanı varmı..? 
Əksinə, bu gün Azərbaycanın nəinki neft hasilatını artırmaq, hətta mövcud hasilatı qoruyub 
saxlamaq imkanı yoxdur. Az-çox iqtisadiyyatdan başı çıxan hər kəs bunu bilir. Ona görə də 
SOCAR prezidentinin "dondurmaq" söhbəti suda boğulanın saman çöpündən yapışmasına bənzəyir...

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib