Dərc edilib: 09-03-2016

https://www.nuh.az/7335-.html

SOCAR öz mövqeyini nə üçün kəskin dəyişdi?

09.03.2016 16:34:48

Siyasət

 

Bir müddət  əvvəl  ARDNŞ  rəhbərliyi  qurumun  heç bir neft kartelinə qoşulmayacağını, yəni müstəqil neft siyasəti yeridəcəyini bəyan etmişdi.

Ancaq  ARDNŞ-nin prezidenti  hörmətli Rövnəq  Abdullayev  qısa bir vaxtdan sonra jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində “dondurulması” təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirdi.  

“Dondurulma”  təklifinin  Rusiyadan gəldiyi məlumdur.

Çünki bir neçə gün öncə Rusiyanın energetika naziri Aleksandr Novak ümid etdiyini bildirmişdi ki, Azərbaycan və Qazaxıstan neft hasilatının “dondurulması”  təşəbbüsünə qoşulacaqlar.

Ölkənin strateji qurumu olan  ARDNŞ-nin  1-2 həftə müddətində öz mövqeyini belə kəskin dəyişdirməsi xeyli suallar doğurur.

Məlumdur ki, Azərbaycan dövlətinin  2  mühüm-strateji məsələsi var:  Qarabağ  və neft-qaz məsələsi.

Əgər Azərbaycan dövləti  neft-qaz məsələsində  bir həftə ərzində öz mövqeyini  belə kəskin dəyişirsə, kim təminat verə bilər ki, sabah Rusiyadan gələn 2-3 nəfərin səfərindən sonra  Qarabağla bağlı mövqeyimizi dəyişməyəcəyik..? 

 

        NUH.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib