Dərc edilib: 11-03-2016

https://www.nuh.az/7344-.html

Xətai klinikasında əməliyyat yarımçıq qalıb ?

11.03.2016 13:51:16

Cəmiyyət

 

 Klinikada  elektrik generatoru yoxdur ?

 

Xətai rayonu ərazisində  ciddi səbəb olmadan işıqların sönməsi adi hal alıb. Tez-tez  Xətai metro stansiyası ətrafındakı ərazidə, S.Vəzirov küçəsində işıqlar  sönür.

NUH.az-a daxil olan məlumata görə, bu gün saat 12-00 radələrində  S.Vəzirov küçəsində işıqlar  qəfildən sönüb. Və elektrik enerjisinin verilməsi xeyli müddətdən sonra bərpa olunub.

Mənbə  bildirir ki, həmin ərəfədə Xətai klinikasında aparılan  əməliyyat  yarımçıq qalıb. Əlbəttə işıqların mütəmadi sönməsinə görə, “Azərişıq”  və Xətai Enerji Təchizatı İdarəsi məsuliyyət daşıyır. Ancaq maraqlıdır ki, görəsən, reklamlarda özünü müasir  tələblərə cavab verən tibb müəssisəsi kimi təqdim edən Xətai klinikasında elektrik generatoru yoxdur..?

 

NUH.az


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib