Dərc edilib: 11-03-2016

https://www.nuh.az/7346-.html

Ədalət Şükürov villanı Xoşqədəmə niyə bağışlayıb?

11.03.2016 16:49:29

Maraqlı

 

 “Qafqazinfo” saytı  teleaparıcı Xoşqədəm Hidayətqızı ilə əməkdar artist Ədalət  Şükürov arasındakı  villa qalmaqaldan yazıb: “ Məşhur aparıcı Ədalət Şükürovun Saray qəsəbəsindəki villasını alıb. Hidayətqızı iki ilə yaxındır ki, villanın pulunu Şükürova vermək istəmir”.

Əməkdar artist “Qafqazinfo”ya açıqlamasında məlumatı nə təkzib, nə də təsdiq edib:

“Bu haqda heç nə deməyəcəm. Bizim şəxsi məsələmizdir, açıqlamaya ehtiyac yoxdur”.

Görəsən, Ədalət Şükürov  nə üçün açıqlamaya ehtiyac görmür?

NUH.az-a  daxil olan məlumata görə, əslində Ədalət Şükürov villasını Xoşqədəm Hidayətqızına  satmayıb, bağışlayıb.

Sual oluna bilər ki, külli miqdarda dəyəri olan villanı Ədalət Şükürov nə üçün bağışlayıb..?

Mənbənin məlumatına görə, “Səni axtarıram” verilişinin müəllifi  Xoşqədəm Hidayətqızı  bu villanı  kimisə “biabır etməməyin əvəzində”  əldə edib.

Bəzi nüansları nəzərə alaraq məsələnin detallarına varmırıq.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib