Dərc edilib: 12-03-2016

https://www.nuh.az/7352-.html

Ərdoğanın Bakı səfərinin tarixi açıqladı

12.03.2016 17:29:08

Siyasət

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

Məlumata görə, səfər martın 15-də baş tutacaq.
Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.
Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi./apa/

 

NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib