Dərc edilib: 15-03-2016

https://www.nuh.az/7369-.html

Artur Rasizadə hesabat verəcək

15.03.2016 10:35:29

Siyasət

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Modern.az  saytının məlumatına görə, iclasda 3 məsələ gündəliyə salınıb. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı barədə 

2. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(Üçüncü oxunuş) 

3. "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş).

Bugünkü iclasda hökumətin hesabatının Baş nazir Artur Rasizadənin verəcəyi gözlənilir.

 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib