Ərdoğan gəlmir - İlham Əliyev Ankaraya gedir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Bakıya planlaşdırılan səfəri təxirə salınıb.
APA-nın məlumatına görə, Bakıda planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada keçiriləcək. Türkiyə KİV-nin yazdığına görə, bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfər edəcəyi gözlənilir. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı. Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.
NUH.az