Dərc edilib: 18-03-2016

https://www.nuh.az/7380-.html

Nemət Pənahlı azadlıqda

18.03.2016 13:41:36

Cəmiyyət

Martın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamının icrası davam edir.

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, əfv siyahısında adı olan məşhur siyasilərdən biri də, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıdır.

Partiya sədri bu gün səhər saatlarında Penitensiar xidmətin müalicə müəssisəsindən azadlığa buraxılıb. Onu ailəsi ilə yanaşı, bir çox təfədarı qarşılayıb, ayaqlarının altında qurban kəsiblər.

Partiya sədri azadlığa çıxdıqdan sonra həbsdə olarkən dünyasını dəyişmiş valideynlərinin Ramana qəbristanlığındakı qəbirlərini ziyarət edib.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib